Rusiya

Taksi sürücüsü sərnişini zorlayıb maşından atdı

28 Mart 2023 10:34
Baxış: 3 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Leninqrad vilayətində şəxsi maşını ilə taksi xidməti göstərən sürücü 24 yaşlı sərnişini zorlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Kudrovo şəhərində baş verib.

Martın 26-na keçən gecə restoranın yaxınlığında sərxoş qız şübhəli şəxsin maşınına minib. O, yolda yuxuya gedib və kişi tərəfindən zorlananda ayılıb. Daha sonra sürücü zərərçəkmişi maşından ataraq oradan uzaqlaşıb.

Qızın diz nahiyəsindən xəsarət alaraq tibb müəssisəsinə müraciət etdiyi qeyd edilir. İndi hadisəni törədən şəxsi axtarılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.