Rusiya

Azərbaycan vətəndaşının məktəblidən istəyi: “Məmurlardan evə kokain gətirməyi tələb et!”

28 Fevral 2023 20:41
Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva yaxınlığındakı Ximkidə şagird qubernator administrasiyasına zəng edərək ondan 50 qram kokain gətirməyi tələb edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, imtina ediləcəyi təqdirdə yeniyetmə evi partladacağını vəd edib.

Azyaşlının şöbəyə zəngi gecə saatlarında qeydə alınıb. Uşaq deyib ki, məmurlar narkotiki iki saat ərzində ona çatdırmalıdı, əks halda hədəsini həyata keçirəcək.

Polislər qeyd olunan ünvana gəlib. Mənzildə iki uşağı olan ana tapılıb. Onlardan biri zəng edən 15 yaşlı yeniyetmə olub.

Məktəbli bildirib ki, qubernatorluq administrasiyasına öz istəyi ilə  müraciət etməyib və özü də şantajın qurbanı olub. Onun sözlərinə görə, ona naməlum nömrədən zəng edib, iki min rubl köçürməsini tələb edib və polisin gəlişi ilə hədələyiblər.

Oğlanın telefonuna Moskva vilayətinin Korolyova şəhərində qeydiyyatda olan Azərbaycan vətəndaşından zəng tapılıb. Baş verənlərin təfərrüatları araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.