Rusiya

Kilsəyə ibadətə gələn kişi tikiliyə od vurdu

20 Yanvar 2023 18:40
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada Müqəddəs İoann Kronştad kilsəsinə ibadətə gələn kişi kilsənin məktəbini yandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə kilsənin qapıları ziyarətçilərin üzünə bağlandıqdan sonra, gecə saatlarında baş verib.

Kilsənin mühafizəçisi binanın pəncərələrindən tüstü çıxdığını görüb.

Alovun qarşısını almağa çalışan mühafizəçi binanın daxildə bir nəfər kişinin olduğunu aşkar edib.

Hadisə yerinə gələn polis əməkdaşları həmən şəxsi həbs ediblər. O ilkin ifadəsində bildirib ki, o, tikiliyə kimyəvi həlledici ilə (rastvoritel) daxil olub və ehtiyatsızlıqdan məhlul yerə dağılıb və yanğın baş verib.

Kilsənin rahibi saxlanılan şəxsi dəfələrlə ibadətdə gördüyünü təsdiqləsə də, onu binaya buraxmadığını iddia edib.

Zərərçəkmiş xəstəxanaya göndərilib. Hüquq-mühafizə orqanları insidentin digər təfərrüatını araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.