Rusiya

Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb

2 Sentyabr 2022 12:52
Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada Rusiya ordusunun daha 350-dən çox hərbçisi məhv edilib".

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 48 700-ü ötüb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 009 tank, 4 366 zirehli döyüş maşını, 1126 artilleriya sistemi, 289 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopter, 853 PUA, 198 qanadlı raket, 15 gəmi, 3 247 avtomobil texnikası və avtosistern, 105 xüsusi texnikadan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.