Rusiya müdafiə naziri Sergey Şoyqu Luqansk vilayətinin tamamilə ələ keçirildiyini iddia edərək Prezident Vladimir Putini açıq şəkildə aldadıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç danışıb.
"Əslində, Beloqorovka alınmayıb. Beloqorovka isə Luqansk vilayətidir. Sual olunur: müdafiə naziri prezidentə yalan danışanda Kremldə buna necə yanaşırlar?" - Arestoviç söyləyib.
Milli.Az