Rusiya

Səkkiz yaşlı uşağın cəsədi tapıldı

31 Yanvar 2022 09:58
0 Şərh     Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milyarder Stanislav Loqunovun Leninqrad vilayətində gəzinti zamanı buzun qırılması nəticəsində Neva çayına düşən səkkiz yaşlı oğlunun meyiti tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rayonun fövqəladə xilasetmə xidməti məlumat yayıb.

Uşağın meyiti bir həftə sonra faciə baş verən yerdən 70-80 metr aralıda tapılıb.

O, sahilə çıxarılaraq polisə təhvil verilib.

Xatırladaq ki, hadisə yanvarın 24-də uşaq əkiz qardaşı və bibisi ilə Sankt-Peterburq şəhəri ətrafındakı Novosaratovka kəndi yaxınlığında Neva sahilində gəzərkən baş verib. Qadın qardaşı oğlunun arxasınca qaçıb suya düşsə də, kabeldən yapışaraq sahilə çıxıb.

Qeyd edək ki, Stanislav Loqunov mühəndis şəbəkələri layihələndirilməsi ilə məşğul olan "MeqaMeyd" şirkətinin yaradıcısı və sahibidir. 49 yaşlı iş adamı həm də çoxsaylı kitabların müəllifi və biznes təlimçisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.