İslam dininin Novruz bayramına münasibəti necədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Novruz bayramının islam dini ilə birbaşa heç bir əlaqəsi yoxdur, lakin müsbət dəyərləri çox olduğuna görə, dinimiz ona qarşı çıxmayıb.
Bu sözləri axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli deyib.
S.Məmmədlinin sözlərin görə, islam dini Novruz bayramına ümumilikdə müsbət yanaşır:
"Novruz xalqımızın milli-mənəvi dəyərlərinə, adət-ənənəsinə oturmuş bayramlardan biridir. Bu bayram qədim tarixə malikdir. Tarixi islamın yaranmasından çox-çox minillər əvvələ gedib çıxır. Bu bayramın yaranmasının dəqiq tarixi məlum deyil. Bəzi insanlar Novruzu zərdüştlüklə əlaqələndirdiyi halda bəziləri də sırf türk xalqlarının milli bayramı olaraq qəbul edir.
İslam dini yayıldığı ərazilərdə yerli mədəniyyətləri heç vaxt inkar etməyib, əksinə, onları zənginləşdirib və təşviq edib. Novruz bayramının qeyd edilməsi də gözəl adət-ənənələrimizdən biridir və islam dini ilə də heç bir ziddiyyət təşkil etmir. Mən bir hədisi diqqətinizə çatdırmaq istəyirəm. Həzrəti Əlinin dönəmində ona "Paluda" adlı bir təam gətirilir. Hz Əli bu xörəyin nə münasibətlə gətirildiyini soruşduqda ona "Neyruz", yəni Novruz bayramı münasibəti ilə gətirildiyi deyilir. Hz. Əli təamı gətirən şəxslərə bu günün, bu bayramın qədrini bilmələrini, onu qorumalarını və hər günlərini bu bayramda olduğu kimi, yardımlaşaraq qonaqpərvərliklə keçirmələrini məsləhət görür".
Onun sözlərinə görə, müəyyən radikal cərəyanlar milli-mənəvi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoyur, milli hər nə varsa, onu inkar etməyə çalışır:
"Təbii ki, bu, səhv yanaşmadır. Din heç zaman milli adət-ənənələrlə döyüşməz, ona zidd ola bilməz. İslam dini bir çox xalqlar tərəfindən ona görə rəğbətlə qəbul edilib ki, bu din onların mədəniyyətlərini sıradan çıxarmayıb, əksinə, onları təsdiq edib. İslam dini Novruz bayramını müsbət qəbul edir. Bir adət-ənənə dinə, insanlığa, mənəviyyata ziddiyyət təşkil etmirsə, din onu rədd eləmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı





