Rusiya kənara çəkildi: Ermənistan Azərbaycanla tək qaldı - Kuznetsov Soçi görüşü haqda ...
"Noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan başçılarının Soçidə qəbul etdikləri bəyanat keçən ilin noyabrındakı bəyanatdan fərqli olaraq, Qarabağ münaqişəsi tərəflərinin hazırda bu region ətrafındakı vəziyyətdən razı olması effekti yaradır".
Bunu Milli.Az-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

Rusiyalı politoloq bildirib ki, Azərbaycan bundan sonra Ermənistanla məsələsini özü həll edəcək, üçüncü tərəf olmayacaq:
"10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanan üçtərəfli bəyanatları müharibədən sonrakı nizamlanmada irəliləyişin yeganə əlamətini ehtiva edir. Çünki burada gələcəkdə sərhədlərin müəyyən edilməsi və imitasiya üzrə ikitərəfli Azərbaycan-Ermənistan dövlətlərarası komissiyasının yaradılması qeyd olunur.
Bu bəyanatlarda Rusiyanın iki ölkə arasında dövlət sərhədinin müəyyən edilməsi və demarkasiyası prosesinə qarışmayacağına dair verdiyi zəmanət var və bu məsələ rəsmi Bakı və İrəvanın ixtiyarında qalacaq. Bu mənada Soçi bəyanatının mətnindən də məlum olur ki, Rusiya bu məsələdə iştirakdan könüllü olaraq geri çəkilərək, qalan hər şeyi indi Qarabağ ətrafında və Qarabağın özündə mövcud olan bu vəziyyətin qorunub saxlanmasına yönəldib.
Son üçtərəfli bəyanatın hər 3 bəndində bu regionda Rusiyanın sülhməramlı kontingentinin müsbət fəaliyyətinə və münaqişənin müharibədən sonrakı həllində onun müsbət roluna diqqət çəkilir. Bu o deməkdir ki, rəsmi Bakı və ən əsası Azərbaycan mətbuatı Qarabağdakı rus sülhməramlılarına qarşı tənqidlərin dərəcəsini azaltmalı və bunu ilk növbədə Azərbaycanın bəyəndiyini göstərməli olacaq.
Onu da qeyd etmək lazımdır ki, bu bəyanatın yekun bəndi Azərbaycan tərəfi üçün o qədər də xoş məqam deyil. Bu, hazırda rəsmi İrəvan üçün daha faydalıdır. regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına təkan verməmək və o deməkdir ki, Zəngəzur dəhlizi məsələsi hələ də dondurulub. Rusiya Zəngəzur dəhlizinin, digər nəqliyyat kommunikasiyalarının açılması prosesindən yaxasını kənara çəkməyə çalışır. Belə çıxır ki, Azərbaycan bu problemi təkbaşına həll etməli olacaq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
XƏBƏR LENTİ
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı





