Ermənistanın reallıqları qəbul etməkdən başqa çıxış yolu yoxdur - TƏHLİL
Məlum olduğu kimi, noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşü olacaq. Görüşdə bir sıra məsələlərin, o cümlədən nəqliyyat və kommunikasiyaların açılmasının, sərhədlərin delimitasiya və demarkasiyasının müzakirə olunacağı gözlənilir. Həmçinin, Soçidə Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşü də nəzərdə tutulur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, burada diktə edən tərəf Azərbaycandır və Soçi görüşü Ermənistanın 10 noyabr 2020-ci il tarixdə imzaladığı kapitulyasiya aktının davamı hesab edilə bilər.
"Paşinyan çox vurnuxdu, Rusiya ilə Qərb arasında müəyyən gərdişlər etdi və noyabrın 9-da nəzərdə tutulan görüşü boykot etməklə Moskva ilə münasibətlərdə müəyyən soyuqluq yaratdı. İndi məlum olur ki, həmin vaxtlar Paşinyan daim Fransa Prezienti Emmanuel Makronla əlaqə saxlayır və onunla məsləhətləşirmiş. Həmçinin, noyabrın 16-da həyata keçirilən təxribatların təşkil edilməsini də Paşinyanın qulağına Fransa tərəfi pıçıldayıb. Ermənistan hesab etdi ki, burada hər hansısa bir uğura nail ola bilər. Lakin layiqli cavab verildi. Daha sonra ABŞ-la əlaqə, Avropadakı digər dairələrlə danışıqlar Rusiyanı Ermənistanla daha sərt danışmağa sövq etdi. Putinin Paşinyana 2 dəfə zəng etməsi də bunun göstəricisi idi. Bu təzyiqlər ikinci telefon zəngində özünü daha açıq şəkildə göstərmişdi. Çünki burada Paşinyanın tövbələri Rusiyaya və KTMT-ya sədaqəti, "Rusiya olmasaydı, Ermənistanın vəziyyəti necə ola bilərdi" kimi yalvarışları əksini tapmışdı. Əlini qüvvətləndirmək istəyən Paşinyan beləliklə növbəti dəfə məyusluğa düçar oldu. İndi onun regiondakı reallıqları qəbul etməkdən başqa çıxış yolu qalmayıb və uğursuz manevrləri Paşinyanı gözdən salıb. Üstəlik də Rusiya başa düşdü ki, bu məsələdə geciksə, ABŞ da, Fransa da Rusiyanın arxa bağçası hesab etdiyi bölgəyə daxil ola bilərlər. Bu da Moskvanın geosiyasi maraqlarına zidd olar" - deyə, politoloq bildirib.
Politoloq İlyas Hüseynov da Ermənistanın Soçi görüşündə reallıqları qəbul etməkdən başqa yolu olmayacağı qənaətindədir. Bu baxımdan, gözləntilər böyükdür.
"Ermənistan son dövrlərdə hərbi təxribatlara əl atdı. Eskalasiya vəziyyəti genişləndi. Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olundu və elan edildi ki, dekabrın 15-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Avropanın siyasi paytaxtında, Rusiyanın meydançalarından uzaq görüşün keçirilməsi təbii ki, Rusiyanı da narahat edən bir məqam kimi qiymətləndirildi. Digər tərəfdən, Ermənistanda rusiyafob meyillərin güclənməsi, Rusiyanın bölgədəki siyasətinin inkar edilməsi istiqamətində geniş fəaliyyət hiss olunur. Paşinyan və komandası çalışır ki, Ermənistan Rusiyanın təşəbbüsü ilə icra olunan bütün layihələrdən kənara çıxsın. Belə olan təqdirdə Ruusiyanın da əsas istəyi bölgədə təsir imkanlarının saxlanılmasıdır. Buna görə də Soçidə növbəti görüş keçiriləcək. Görüşdə nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı məsələlərin müzakirəsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işçi qrupun formalaşdırılması gözlənilir. Soçi görüşündən gözləntilər çox böyükdür. Ardınca Brüssel görüşünün də keçirilməsi tərəflər arasında dialoqun daha da genişlənməsinə xidmət edəcək. Sülh müqaviləsinin imzalanması baxımından görüşlərin intensivliyi mühüm əhəmiyyət kəsb edir" - deyə, ekspert bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi





