Siyasət

"Zəngəzurda bu yollarla hərəkət etməyin" - ABŞ-ın İrəvandakı səfirliyindən yasaq - FOTO

20 Noyabr 2021 20:32
0 Şərh     Baxış: 2 322

ABŞ-ın Ermənistandakı səfirliyi Birləşmiş Ştatların bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, elektron poçtla göndərilmiş xəbərdarlıqda vurğulanır: "M2 və M17 avtomagistrallarında Azərbaycanın gömrük postlarında yoxlamaların gücləndirildiyi barədə məlumatlar gəlir. Birləşmiş Ştatların Ermənistandakı səfirliyi ABŞ vətəndaşlarının nəzərinə çatdırır ki, səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə M17 trası ilə Karauc və David Bek (Zeyvə, - red.) kəndləri arasında, habelə Qafan-Çakaten yolu ilə hərəkət etmələri yasaqlanır. ABŞ vətəndaşları Ermənistanla Azərbaycan arasındakı sərhəddə sayıqlığı qorumalı, Qarabağ münaqişəsi zonasındakı təmas xəttinin yaxınlığına səfərlərdən çəkinməlidir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.