Düşmən son xəbərdarlığı aldı: Ermənistan nəticə çıxarmazsa...
Ermənistanın müdafiə naziri Arşak Karapetyan qanunsuz şəkildə Azərbaycana gəlib. O, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti nəzarət-fəaliyyət bölgəsində asudə hərəkət edib, "hərbi hissə"lərə baş çəkib, erməni hərbçilərə ürək-dirək verib, çıxış edib, səngərlərdə olub.
Azərbaycanın Müdafiə Nazirliyi general-mayor A.Karapetyanın bu "səfər"i ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi barədə məlumat verilib.
Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır.
Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü ərəfəsində həyata keçirilib.

Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir".
Arşak Karapetyanın Azərbaycana, Xankəndi şəhərinə səfər etməsi və bunu da rəsmi İrəvanın "rəsmi işgüzar səfər" kimi qələmə verməsi Ermənistanın qırmızı cizgiləri keçmək həddində olduğunu göstəririr.
Rəsmi İrəvan ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinit bilərəkdən, qəsdən və çox kobud şəkildə pozmaqla yanaşı, bölgədəki vəziyyəti maksimum dərəcədə gərginləşdirmək niyyətindədir.
Ermənistanın Müdafiə Nazirliyi eyni zamanda, Rusiyanın sülhməramlı kontingentinə qarşı Azərbayacanda kəskin antipatiya yaratmaq, bununla da Moskvanın bölgədəki fəaliyyətini dezavuasiya etmək, fəaliyyətə gölgə almaq fikrindədir.

44 günlük Vətən Müharibəsini kapitulyasiya ilə başa vuran, ordusu Qarabağda darmadağın edilən Ermənistan müharibənin nəticələrindən məntiqli və adekvat nəticə çıxarmaq, Azərbaycanın bölgədə yaradaraq formalaşdırdığı yeni geosiyasi reallıqları anlayaraq onlara uyğun davranmaq, regionda stabil sülhün və səbatlı təhlükəsizliyin əldə edilməsi üçün gərəkli addımlar atmaq əvəzinə rəsmi İrəvan A.Karapetyanın Xankəndinə səfəri təki təhlükəli, ucuz və ermənilər üçün çox pis bitə biləcək avantüralara əl atır.
Şübhə yoxdur ki, bu absurd və marazmatik səfər ilk əvvəl Ermənistanın daxili siyasi "mətbəx"inə hesablanaraq baş nazir Nikol Paşinyan hakimiyyətinin necə də "effektiv, rasional və qətiyyətli fəaliyyət göstərməsi"ni nümayiş etdirməyə cəhddir.
Halbuki A.Karapetyan və onu Azərbaycana yollayan Ermənistan iqtidarı anlayır ki, bu səfər əslində Qarabağın rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərində qalmış qanunsuz erməni hərbi birləşmələri, radikal separatçılığı və ən başlıcası, həmin ermənilərin terrorçu-diversant fəaliyyətini aşkar, birmənalı şəkildə dəstəkləməkdir.

"Qarabağlı ermənilərin silahlı dəstələri" kimi qələmə verilən, əslində isə Ermənistan Müdafiə Nazirliyinin həmin ərazilərdəki mənsubları olan silahlı birləşmələrin mövcudluğu isə üçtərəfli bəyanatın şərtlərinin kobud şəkildə pozulması ilə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətlərinin necə "effektiv" olduğunu göstərən məqamdır.
"Qarabağdakı erməni hərbi birləşmələrinin döyüş hazırlığı yüksək səviyyədədir" söyləyən Karapetyan illüziyalara qapılıb.
Azərbaycan ərazisinə qaçaqmalçı kimi soxulan, qanunsuz erməni silahlı dəstələrinə ürək-dirək verən və bəzi erməniləri də mükafatlandıran Arşak Karapetyan "qəhrəman, cəsarətli və igid müdafiə naziri" kimi görünməyə çalışsa da, sələflərinin taleyini unutmasın.

Ermənistanın sabiq müdafiə nazirləri də bravur bəyanatlar verir, "keçilməz Ohanyan səddi"ndən danışır, hətta "yeni müharibə Ermənistan üçün yeni ərazilər deməkdir" söyləyirdilər.
Onların taleləri bəllidir.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
XƏBƏR LENTİ
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü





