Siyasət

Lahıc sakinləri Birinci vitse-prezident Mehriban Əliyevaya Basqal kəlağayısı hədiyyə edib - VİDEO

1 Noyabr 2021 22:11
Baxış: 1 230

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım qəsəbəni gəzib, sakinlərlə söhbət ediblər.

Birinci xanım Mehriban Əliyevaya Basqal kəlağayısı hədiyyə olunub.

Prezident İlham Əliyev: Salaməleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz. Mehriban xanım xoş gəlmisiniz. Necəsiniz?

Prezident İlham Əliyev: Sağ olun, siz necəsiniz?

Qadın sakin: Sizin sayənizdə biz çox yaxşı yaşayırıq. Çox sevinirik ki, Siz torpaqlarımızı almışınız. Yuxarıda Allah, aşağıda Siz. Biz Sizi çox istəyirik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Qadın sakin: Hədiyyəmizi qəbul edin Basqal kəlağayısıdır.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, çox sağ olun.

Prezident İlham Əliyev: Bilirsiniz, Basqalda da işlər gedir.

Qadın sakin: Bəli, təzə yol açılır biz tərəfdə. Biz Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun. Basqal da Lahıc kimi olacaq, turistlə dolu.

Qadın sakin: İnşallah. Allah Sizdən razı olsun, Allah Sizi qorusun. Artıq turistlərimiz bol olur.

Prezident İlham Əliyev: Şamaxı yolundan da gələn çoxdur.

Qadın sakin: Bəli, təzə yoldur.

Birinci xanım Mehriban Əliyeva: Turistlər gəlirlər?

Qadın sakin: Turistlər çoxdur, şənbə-bazar günləri çox olur, amma ara günləri o qədər də yox.

Digər qadın sakin: Qarabağı azad etməyiniz bizi çox sevindirdi.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Sağ olun, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.