Siyasət

Rusiya Zəngəzur dəhlizi məsələsini niyə yubadır? - Moskvanın PLANI...

21 Oktyabr 2021 00:10
1 Şərh     Baxış: 3 939

"Ermənistan tərəfindən olan müsbət ismarıcları Ermənistan rəhbərliyi məcbur edildiyindən səsləndirir".

Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Rusiya çalışır Zəngəzur dəhlizi ilə birgə başqa istəklərini də həll etsin:

"Ermənistan dövləti üçün Zəngəzur dəhlizi olsun, yaxud da ki, digər kommunikasiya xətlərinin bərpası olsun, ümumiyyətlə Naxçıvanla Azərbaycan arasında əlaqənin bərpası məsələsinə gəldikdə, hər halda Ermənistan dövləti bilir ki, 9 noyabr (10 noyabr da deyilir) kapitulyasiya sənədinin bəndini həyata keçirmiş olur. Yəni biləsiniz ki, Ermənistanda bu dəhlizə münasibət kapitulyasiyanın növbəti bəndini həyata keçirmək kimi anlaşılır. Buna imza atan Ermənistan iqtidarı olduqca çətin bir vəziyyətdədir. Ermənistan cəmiyyəti hələ bu bəndin erməni cəmiyyətinə verdiyi faydanın fərqində deyil. Bu faydanı başa düşən hissə azlıq təşkil edir. Məsələnin bu qədər uzanmasının da arxasında dayanan məhz bu problemdir.

Ermənistan cəmiyyəti üçün Zəngəzur dəhlizi hələlik pozitiv bir addım kimi qəbul edilmir. O baxımdan Ermənistan iqtidarı ya İrana səfər edir, ya Ermənistana Hindistandan səfər edirlər. Sözümün canı odur ki, Ermənistan xoş ismarıcları məcburən edir. Ancaq məsələ ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılmasında regionun ən qüdrətli dövləti olan Rusiyanın marağı var. Amma Rusiya da bu marağı təmin etməyə tələsmir, çünki Rusiya da bu marağı təmin etməklə paralel bir neçə arzusunu həyata keçirməyə çalışır.

Söhbət ondan gedir ki, Rusiyada Azərbaycanın Gömrük İttifaqına (Avrasiya İttifaqına) daxil olması məsələsi hələ də gündəmdədir, bu starteji bir məqsəddir. Ona görə Rusiya istəyir ki, bu strateji planlarını kompleks şəklində həll etsin. Bunun üçün də cəmiyyətdə belə bir sual yaranır: Yaxşı, Ermənistanda dəmiryolu xəttlərinin yönəldicisi Rusiyadırsa, o zaman niyə biz bu gün Ermənistan ərazisindən həmin o 40 km-lik ərazidə (Zəngəzur dəhlizi) dəmiryolu xətti ilə bağlı hər hansı bir təmir işlərini görmürük?

Deməli məsələ o qədər də asan deyil, deməli məsələdə tərəflərin mövqeyi qismən uzlaşır və uzlaşmayan məqamlar da var". 

Təhməz Əsədov
Milli.Az

 

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Qonaq · 21 Oktyabr 01:0330

    İNSHA'ALLAH Allah rusiyanı xəriteden siler. Amiiiiiiiiiiiiiiin İNSHA'ALLAH

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.