Siyasət

Almaniya şirkətləri Oxçuçayı təmizləyə bilər - Səfir

12 Oktyabr 2021 10:36
2 Şərh     Baxış: 706

Almaniya texnologiyaları Zəngilan rayonunun ərazisindən keçən Oxçuçayın çirkləndirilməsinin fəsadlarının yumşaldılması üçün faydalı ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq "Azərbaycanda su infrastrukturunun dayanıqlı inkişafı" adlı Azərbaycan-Almaniya forumunda deyib.

O bildirib ki, Oxçuçay həm kənd təsərrüfatı üçün, həm də ümumilikdə vacib çaydır:

"Almaniya şirkətləri su infrastrukturunun inkişafında Azərbaycanla əməkdaşlıq qurmağa hazırdır. Əminik ki, bizim bu sahədə əməkdaşlığımız təşkil olunacaq. Bizim şirkətlər təkcə öz xidmətlərini və innovasiyalar təklif etmir, həm də yeni iş yerləri yaradır".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.