Ağdərədə Aramı kim vurdu? - Müəmmalı qətlin GİZLİNLƏRİ
"Oktyabrın 9-da Mardakertdə, təmas xətti yaxınlığında kənd təsərrüfatı işləri apararkən Madagiz kəndindən olan bir mülki şəxs Azərbaycan tərəfindən atəşə tutulması nəticəsində ölümcül yaralanıb. Rusiya kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə hadisəni araşdırır".
Bu cümlələr Azərbaycan Respublikasının ermənilərin xeyli hissəsinin qanunsuz olaraq məskunlaşdığı ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı(?) hərbi kontingentinin 10 oktyabr Bakı vaxtilə saat 20:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış məlumatındandır.
Xatırladaq ki, oktyabrın 9-da Ermənistan mətbuatında guya həmin gün gündüz saatlarında Qarabağda - Tərtər rayonunun Ağdərə şəhəri ("Mardakert" - erm.) ərazisində yerli sakinin həlak olması haqda informasiyalar yayılıb. İlkin olaraq Ermənistan tərəfi onun tarlada işləyən traktorçu olduğunu bildirib. Sonradan bu şəxsin bağda olduğu və snayper tərəfindən öldürüldüyü iddia edilib. Bəzi erməni saytları həmin şəxsin guya Rusiya hərbçilərinin gözü qarşısında vurulduğunu bildirib.

Elə həmin gün - oktyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda qeyd olunub ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycan MN-in rəsmi məlumatını yox, qəsbkar erməni tərəfinin yalanını təsdiqləyib.
... Qarabağda, rusiyalı sülhməramlılaın müvəqqəti yerləşdirkləri ərazidə olan qanunsuz, kimsə tərəfindən kontrolda saxlanmayan erməni silahlı birləşmələri Ağdərə rayonunda Azərbaycanın erməni vətəndaşını - 55 yaşlı Aram Tepnansı qətlə yetiriblər.
Erməni traktorçu tarlada çalışırdı və bu zaman erməni snayperin açdığı atəş onun həyatına son qoyub.
Həmin vaxt traktorun yanında bir neçə rusiyalı sülhməramlı olub. Traktordun kabinəsində də bir sülhməramlı oturmuşdu.
Erməni snayperin hədəfi kabinədəki o rusiyalı sülhməramlı olub. Erməni traktorçu təsadüfi qurbandır.
Ermənistanın planına görə, snayper sülhməraramlını qətlə yetirməli, bu sui-qəsd "Azərbaycan hərbçiləri rusiyal sülhməramlını öldürdülər" kimi hay-küyə səbəb olmalı, böyükmiqyaslı provokasiya başlanmalı, həm Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurulmalı, həm də Rusiyanın Qarabağdakı sülhməramlı missiyası "müzakirə obyekti" olmalıydı.

Azərbaycan ordusunun ən yaxın postları olay yerindən 2-3 kilometr aralıdadır. Hərbçilərimiz sadəcə, fiziki cəhətdən bu provokasiyanın qarşısını ala bilməzdilər.
Ermənilərin silahlı birləşmələri Azərbaycan ərazisində tam qanunsuz yerləşiblər və bu, Rusiya, Azərbaycan və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata tam ziddir.
Onlar Azərbaycan vətəndaşları üçün potensial təhlükə mənbəyidir.
Erməni silahlıların bu dəfə bütün cizgiləri keçdiklərini, terrora başladıqlarını nəzərə alaraq Azərbaycanın müvafiq dövlət qurumları və Rusiyanın sülhməramlı kontingenti qanunsuz erməni silahlı birləşmələrin məhv edilməsi ilə bağlı birgə antiterror əməliyyatı keçirməlidir.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq





