Ağdərədə Aramı kim vurdu? - Müəmmalı qətlin GİZLİNLƏRİ

11 Oktyabr 2021 11:49

"Oktyabrın 9-da Mardakertdə, təmas xətti yaxınlığında kənd təsərrüfatı işləri apararkən Madagiz kəndindən olan bir mülki şəxs Azərbaycan tərəfindən atəşə tutulması nəticəsində ölümcül yaralanıb. Rusiya kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə hadisəni araşdırır".

Bu cümlələr Azərbaycan Respublikasının ermənilərin xeyli hissəsinin qanunsuz olaraq məskunlaşdığı ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı(?) hərbi kontingentinin 10 oktyabr Bakı vaxtilə saat 20:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış məlumatındandır.

Xatırladaq ki, oktyabrın 9-da Ermənistan mətbuatında guya həmin gün gündüz saatlarında Qarabağda - Tərtər rayonunun Ağdərə şəhəri ("Mardakert" - erm.) ərazisində yerli sakinin həlak olması haqda informasiyalar yayılıb. İlkin olaraq Ermənistan tərəfi onun tarlada işləyən traktorçu olduğunu bildirib. Sonradan bu şəxsin bağda olduğu və snayper tərəfindən öldürüldüyü iddia edilib. Bəzi erməni saytları həmin şəxsin guya Rusiya hərbçilərinin gözü qarşısında vurulduğunu bildirib.

Elə həmin gün - oktyabrın 9-da  Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda qeyd olunub ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.

Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycan MN-in rəsmi məlumatını yox, qəsbkar erməni tərəfinin yalanını təsdiqləyib.

... Qarabağda, rusiyalı sülhməramlılaın müvəqqəti yerləşdirkləri ərazidə olan qanunsuz, kimsə tərəfindən kontrolda saxlanmayan erməni silahlı birləşmələri Ağdərə rayonunda Azərbaycanın erməni vətəndaşını - 55 yaşlı Aram Tepnansı qətlə yetiriblər.

Erməni traktorçu tarlada çalışırdı və bu zaman erməni snayperin açdığı atəş onun həyatına son qoyub.

Həmin vaxt traktorun yanında bir neçə rusiyalı sülhməramlı olub. Traktordun kabinəsində də bir sülhməramlı oturmuşdu.

Erməni snayperin hədəfi kabinədəki o rusiyalı sülhməramlı olub. Erməni traktorçu təsadüfi qurbandır.

Ermənistanın planına görə, snayper sülhməraramlını qətlə yetirməli, bu sui-qəsd "Azərbaycan hərbçiləri rusiyal sülhməramlını öldürdülər" kimi hay-küyə səbəb olmalı, böyükmiqyaslı provokasiya başlanmalı, həm Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurulmalı, həm də Rusiyanın Qarabağdakı sülhməramlı missiyası "müzakirə obyekti" olmalıydı.

Azərbaycan ordusunun ən yaxın postları olay yerindən 2-3 kilometr aralıdadır. Hərbçilərimiz sadəcə, fiziki cəhətdən bu provokasiyanın qarşısını ala bilməzdilər.

Ermənilərin silahlı birləşmələri Azərbaycan ərazisində tam qanunsuz yerləşiblər və bu, Rusiya, Azərbaycan və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata tam ziddir.

Onlar Azərbaycan vətəndaşları üçün potensial təhlükə mənbəyidir.

Erməni silahlıların bu dəfə bütün cizgiləri keçdiklərini, terrora başladıqlarını nəzərə alaraq Azərbaycanın müvafiq dövlət qurumları və Rusiyanın sülhməramlı kontingenti qanunsuz erməni silahlı birləşmələrin məhv edilməsi ilə bağlı birgə antiterror əməliyyatı keçirməlidir.

Orxan Hun
Milli.Az