Soçi görüşündən Azərbaycan nə gözləyir? - Türkiyənin GÜNDƏLİYİ
"Rusiya ilə Türkiyənin gündəliyində məsələlər çoxdur və yaxşı ki, Qarabağda olan Rusiya-Türkiyə əməkdaşlığı məsələsi Soçi görüşü zamanə hər iki ölkə prezidentləri arasında müzakirə olunacaq məsələlər sırasında ön plandadır. Buna sevinmək lazımdır".
Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Soçi görüşü Qarabağda Azərbaycanı narahat edən məsələlərin həllinə gətirib çıxara bilər:
"Suriyadakı problemlər artıq çox kəskinləşib. Rusiya ilə Türkiyə arasında son bir neçə gün ərzində bu görüş ərəfəsində öz mövqelərini gücləndirmək üçün müəyyən addımlar atıblar. Bu əsasən, Rusiyanın hərbi kosmik qüvvələrinin Türkiyənin məsuliyyət zonası olan İdlibə hava zərbələri endirməsi hadisəsidir. Bununla bağlı dünən Türkiyə Müdafiə Nazirliyi də xüsusi bəyanatla çıxış etdi ki, bu hadisə Rusiya-Türkiyə anlaşmasına ziddir. O istiqamətdə Rusiya-Türkiyə münasibətlərində ciddi problemlər yaşanır.
Digər tərəfdən pozitiv gündəlik də var. Bu, Rusiya-Türkiyə ticarət dövüyyəsidir, eyni zamanda hərbi sahədə əməkdaşlıqdır - Rusiyadan ikinci partiya S-400 raket komplekslərinin alınmasıdır. ABŞ prezidenti ilə görüşün alınmaması Türkiyə üçün bir zəmin yaratdı ki, onlar bunu həyata keçirsinlər. Bunları ona görə deyirəm ki, Türkiyə-Rusiya gündəliyində müzakirə ediləcək çoxlu məsələlər var deyə. Məsəl üçün , problemli məsələlərdən biri də Ukraynadır və Türkiyənin Krımla bağlı kifayət qədər sərt mövqeyi. Bütün bunlara baxdıqda, deyə bilərik ki, Qarabağda olan vəziyyət kordinal olaraq digər məsələlərdən fərqlənir. Qarabağ, bu iki ölkənin müsbət müzakirə məsələsinə aiddir. Bu məsələdə Türkiyə ilə Rusiyanın mövqeyi demək olar ki, üst-üstə düşür.

Rusiya və Türkiyə liderlərinin Soçi görüşündən qabaq dünən R.T.Ərdoğanla İlham Əliyev arasında baş tutan telefon danışığı da mövqelərin son anda uyğunlaşdırılması məqsədi daşıyırdı, bu amil çox vacibdir. Soçi görüşü də olduqca vacibdir. Çünki adətən belə görüşlər problemlərin həllinə gətirib çıxarır. Digər tərəfdən həm Rusiyanın, həm Türkiyənin beynəlxalq mövqeyi ondan ibarətdir ki, onlar hər ikisi həm liderlər səviyyəsində, həm də ölkələrin beynəlxalq vəziyyəti konteksindən bir-birini daha yaxşı başa düşürlər. Qarabağla bağlı Ermənistan, Zəngəzur, Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı məsuliyyətləri, səlahiyyətləri müzakirə oluna bilər. Bu mövzular Azərbaycanın da marağındadır. Rusiya ilə Türkiyə nə qədər çox bizim bölgədə əməkdaşlıq etsə, o qədər Azərbaycanın xeyirinədir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





