Siyasət

Cənub qonşumuzun puç olan arzulari: İran “Anım günü”nü niyə GÖRMƏZDƏN GƏLDİ?

28 Sentyabr 2021 07:52
8 Şərh     Baxış: 4 868

Milli.Az kaim.az-a istinadən siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyevin yazısını təqdim edir

İsrailin Azərbaycandakı səfiri Corc Dik, Türkiyə səfiri Cahid Bağcı, Böyük Britaniyanın ölkəmizdəki elçisi Ceyms Şarp bu gün keçirilən "Anım Günü" ilə bağlı paylaşımlar edərək şəhidlərimizin əziz xatirəsini yad ediblər. Hətta ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litsenberq də bu günlə əlaqədar öz tvitter hesabında paylaşım etdi.

Əlbəttə, bəzi azərbaycanlılar düşünə bilər ki, bu dövlətlərin ölkəmizdə siyasi maraqları, strateji mənfəətləri var və ona görə belə edirlər. Qlobal siyasətdə siyasi və strateji maraqların olması yeni deyil, hətta deyərdim ki, bu, təbiidir. Ancaq əfsuslar olsun ki, qonşu və dost İran xalqının siyasi təmsilçisi olan hökumət və onun Bakıdakı fövqəladə və səlahiyyətli səfirliyi "Anım Günü" ilə bağlı hər hansı tədbir keçirməyi bir tərəfə qoyun, heç öz rəsmi tvitter səhifəsində bir paylaşım etməyə belə həvəs göstərmədi. Düşünürəm ki, hörmətli səfir ağayi Abbas Musəvi cəmi-cümlətani iki cümləlik başsağlığını öz tvitter səhifəsində bizdən əsirgəməyə bilərdi.

Bir-neçə gün əvvəl İran İslam Respublikasının yeni xarici işlər nazirinin müavini Azərbaycana təşrif buyurmuşdu, hətta Ağdama səfər də etmişdi. Biz də yəqin etmişdik ki, yəqin dost İran hökuməti artıq səhvlərindən nəticə çıxarıb və qərar verib ki, özlərinin də ərz etdiyi kimi, məntəqədə davamlı sülhün bərqərar olunmasına çalışacaqlar.

Son 30 ildə qonşu və dost İran hökuməti Azərbaycanla sərhədində gərəksiz və lüzumsuz hərbi təlimlər keçirdi. Son 3 dekadada rəsmi Tehrana Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmək ona görə əhəmiyyətli deyildi ki...

İran-Azərbaycan sərhədinin böyük hissəsi ermənilərin nəzarətində idi. Yəni, buna lüzum yox idi.
İran hökuməti və Məşhəddəki qazilər şurasının və dəftərxananın sahibi ağayi Xamanei həzrətləri zənn edirdi ki, Azərbaycan işğal olunmuş torpaqları heç vaxt azad edə bilməyəcək.
İran siyasi isteblişmenti, klerikal elita düşünürdü ki, rejimin şiə-şubiyə ekspansiyasını Azərbaycanda da gücləndirəcək və özlərinin də dediyi kimi, ağayi Xameneiyə bağlı "Bakı idarəçiliyi" inzibati-ərazi bölgüsü yaradacaqlar.
Olmadı! Azərbaycan əsgəri cənub qonşumuzun arzusunu gözündə qoydu, puç etdi.

Bir daha 1- və 2-ci Qarabağ müharibəsində canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlam həyat arzulayıram.

Vətən sizə minnətdardır!

Milli.Az

 

Şərh yaz:

8 Şərh:

  • Anonim
    **** · 28 Sentyabr 07:56534

    Bele getse düşmənimiz olan Ermenistani İran gəlib keçəcək.bu qədər qurdduluq,paxıllıq olmazda.

    Cavab yaz
  • Anonim
    ??? · 28 Sentyabr 09:58627

    Fars şovinizmini ölkəmizdə məhv etməliyik!!!

    Cavab yaz
  • Anonim
    İnanna · 28 Sentyabr 11:0911

    İran kimliyini heç vaxt gizlətməyib.

    Cavab yaz
  • Anonim
    asi · 28 Sentyabr 11:36554

    Mənim bir əmioğlum var, sözünün başı da iran dağılacaqdı, axırı da..O gün də mənə yazıbki əmiqızı ürəyini buz kimi saxla iranın parçalanması 99 faiz realdı..Mən də ona sözünün düz çıxacağı təqdirdə ətir həddiyə etməyi boynuma almışam)..Yəni sözümün canı odur ki, bizlər artıq iranın parçalanacığı günləri sayırıq, bir-birimizə hədiyyələr vəd edirik, bu səy toplum da təsbehi alıb əlinə hələ bizim dövlətlə düşmənçilik oyunu oynamağa başlayıb..İran kimi şərəfsiz bir ölkə mənsubunun bizim Şəhidlərimizi anması heç lazım deyil..O mollacıqlar bizim Şəhidləri anacaq gücə hələ malik deyil, o şərəfə layiq deyillər....

    Cavab yaz
  • Anonim
    !!! · 28 Sentyabr 16:3715

    Allah dəvəyə qanad verməsin...

    Cavab yaz
  • Anonim
    555 · 28 Sentyabr 20:23232

    Elə bu və bu kimi çoxlu səbəblərə görə də o irancigazin Azərbaycandaki səfir farscigaz "qardaşmizi" bəlkə geri göndərək səfirliyində baglayaq -təpələrinə dəysin)))))))))

    Cavab yaz
    • Anonim
      Cal · 29 Sentyabr 14:27016

      lazimdi butun elegeleri keskmek

      Cavab yaz
  • Anonim
    Cal · 29 Sentyabr 14:29014

    lazimdi butun elegeleri kesmek.kime lazimdi bele paxil gonshu?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.