Azərbaycan ordusunun gücü və Prezident İlham Əliyevin iradəsi nəticəsində torpaqlar işğaldan azad edildi - Cahit Bağcı - VİDEO - FOTO
30 illik bir kədərə, həsrətə son qoyan 44 günlük müharibədən bəhs etmək çox önəmli və dəyərlidir. Ümummilli lider Heydər Əliyevin vəsiyyətində ən başlıca istəyi Qarabağın işğaldan azad olunması idi. Azərbaycan ordusunun gücü və Ali Baş Komandan Prezident İlham Əliyevin iradəsi nəticəsində torpaqlar işğaldan azad edildi.
Bu sözləri Trend-ə müsahibəsi zamanı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib.
Səfir ötən ilin iyul ayında ermənilərin Tovuzda törətdiyi hərbi təxribatın, Genral-mayor Polad Həşimov və onun əsgərlərinin, komandirlərinin şəhid olmasının, Azərbaycanın səbr kasasını dolduran son damla olduğunu qeyd edib:
"27 sentyabr ermənilərin bütün cəbhələrdə başlatdığı hücumlara Azərbaycan ordusu çox güclü qarşılıq verdi.
44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana həm siyasi, həm də mənəvi dəstək oldu. Bu mərhələdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın haqlı mübarizəsində, ərazi bötövlüyünü bərpa etməsində Azərbaycanın yanında olduğunu bütün dünyaya bildirdi.
Qarabağda, Xocalıda yaşananları bütün dünya bilirdi. Lakin laqeyd yanaşırdılar. Ötən həftə Türkiyə, Azərbaycan, Pakistan ombudsmanları Qarabağ bölgəsinə səfər edərək orada monitorinq keçirdilər. 30 illik işğal dövründə dağıdılan, təhrif edilən mədəni-irsi abidələrin, eyni zamanda Tərtərdə, Gəncədə sivil insanlara qarşı törədilən təxribatların, atılan roketlərin qalıqlarının şahidi oldular.Onlar bu haqda hesabat yazaraq, Azərbaycanda, Qarabağda yaşananları beynəlxalq ictimaiyyətə çatdıracaqlar.
Şuşa bəyannaməsindən bəhs edən C.Bağcı 100 il əvvəl Qars müqaviləsinə atılan imza ilə Şuşa bəyənmasinə atılan imzanın eyni dəyərdə olduğunu vurğuladı:
"Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə arasında olan münasibətlərin gələcəyinə dair atılan bir möhürdür. Bəyannamədə iki əsas mövzu var.Birincisi Azərbaycan və Türkiyə münasibətlərinin stratejik əməkdaşlıq səviyyəsinə çatdırmaq, ikincisi isə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsidir.
Bizim tək məqsədimiz Türkiyə və Azərbaycan münasibətlərini sağlam və sarsılmaz edərək daha yüksək səviyyələrə çatdırmaqdır."
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Bakıda bəy və gəlin toya motosikletlə getdilər – (Video)
-
Tələbələri təhdid edən tələbə ilə bağlı yeni qərar: Universitetə qayıdacaq?
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələri kəsdi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)





