Siyasət

İƏT nümayəndə heyəti beynəlxalq faktaraşdırcı missiya çərçivəsində Tərtərdə olub - FOTO

24 Sentyabr 2021 17:06
Baxış: 559

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyəti günün ikinci yarısında Tərtər şəhərində olublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara 44 günlük müharibə zamanı şəhər mərkəzidə daxil olmaqla ermənilərin dinc sakinlərin yaşadığı kənd və qəsəbələrə etdikləri raket hücumuna bağlı məlumat verib.

Rayon rəhbəri yaşayış məntəqələrinə atılan raket və müxtəlif hərbi sursatların qalıqlarının qonaqlara təqdim edib. Qonaqlar müharibə vaxtı erməni terroru nəticəsində tamamilə dağldılan hazırda isə müharibənin nişanəsi kimi saxlanılan fərdi yaşayış evinədə baxış keçiriblər.

Qeyd edək ki İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının bundan öncə Ağdamda faktaraşdırıcı missiya həyata keçirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.