Siyasət

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçiriləcək

26 İyul 2021 20:12
Baxış: 505

İyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Üçtərəfli Görüşü keçiriləcək. Tədbirin yekununda Bakı Bəyannaməsinin imzalanması gözlənilir.

Milli Məclisdən Milli.Az-a verilən məlumata görə, bu məqsədlə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da ölkəmizə səfərə gəliblər.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyə və Pakistan spikerlərini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev, Türkiyənin və Pakistanın ölkəmizdəki səfirləri Cahit Bağçı, Bilal Haye və digər rəsmi qarşılayıblar.

Səfər çərçivəsində Pakistan və Türkiyə parlament sədrlərinin Qarabağda Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri də gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.