Kəlbəcərdəki təxribat nəyə işarədir? - Yaxın günlərdə Azərbaycan xalqı bu mesajı eşidəcək
Ermənistan silahlı qüvvələri yenidən təxribata əl ataraq sərhəddə vəziyyəti gərginləşdirib. Belə ki, ötən gün düşmən tərəfi Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
Əməliyyat şəraitinə nəzarət edən Azərbaycan Ordusu qısa zaman ərzində düşmənin Basarkeçər rayonu ərazisindəki bütün atəş nöqtələrini susdurub, qarşı tərəfə lazımi cavab verilib.
Hazırda Kəlbəcər istiqamətində vəziyyətin sabit olduğu deyilir.
Dünənki təxribat nədər xəbər verir?
Maraqlıdır, Ermənistan ordusunun növbəti sərhəd təxribatı Azərbaycanda yeni Baş Qərargah rəisi təyinatı ilə eyni vaxtda baş tutdu. Bu məqam özlüyündə ortaya bir sıra suallar çıxarır: Ermənistanın məqsədi nədir, İrəvan belə təxribatlarla nəyə nail olmaq istəyir?
Prosesləri analiz etdikdə məlum olur ki, düşmənin məhz dünən - ölkədə Silahlı Qüvvələrin Baş Qərargahına yeni rəis təyin olunduğu saatda mövqelərimizi snayperlərlə atəşə tutması heç də təsadüfə oxşamır. Səbəbləri bizə məlum olmasa da, görünür ki, 44 günlük Vətən Müharibəsində iştirak etmiş qalib generalın və digər zabitlərin Azərbaycan Ordusunda yüksək vəzifələrə təyin olunması Ermənistanı və bu ölkənin havadarlarını ciddi narahat etməyə başlayıb.
Əlbəttə, ermənilərin məkrli planları barədə digər versiyalar da istisna deyil.
Milli.Az modern.az-a istinadən bildirir ki, hərbi ekspert Ədalət Verdiyevin dediyinə görə, ermənilər bəzi qüvvələrin arxasında gizlənirlər:
"Son həftələr ərzində Ermənistan silahlıları Naxçıvan və Kəlbəcər istiqamətində intensiv olaraq atəşkəsin pozulması ilə məşğuldur.
Xatırladaq ki, 44 günlük müharibə zamanı Ermənistan ordusu darmadağın edildi. Belə bir ordunun atəşkəsdən 8 ay sonra kiminsə arxasında gizlənərək Azərbaycan ərazilərini atəşə tutması və hərbçilərimizin həyatına qəsd etməsi bizim üçün qəbulolunmazdır".
Ekspertin sözlərinə görə, Azərbaycan xalqı yaxın günlərdə yenidən "düşmən məhv edildi" mesajını eşidəcək:
"Azərbaycan Ordusu hazırda düşmənin atəş nöqtələrini bir neçə dəqiqə içərisində tamamilə məhv etməyə qadirdir. Ermənistanın ordusu və rəhbərliyi bunu hamıdan yaxşı bilir. Odur ki, artıq ictimaiyyət "düşmən məhv edildi" mesajını gözləyir. Yaxın günlərdə biz Ermənistanın daha sarsıdıcı cavab alacağına şahidi olacağıq. Buna qətiyyən şübhə etmirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib





