Siyasət

Bu il biz iki bayramı qeyd edirik - Allahşükür Paşazadə

21 İyul 2021 09:44
Baxış: 675

Bu il biz iki bayramı qeyd edirik. Həm qələbəmizi, həm də Qurban bayramın. Şükür Tanrıya ki, bu günü bizə qismət etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Təzəpir Məscidində bayram namazı zamanı deyib.

A.Paşazadə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev başda olmaqla şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi:

"Biz işğaldan azad edilən ərazilərə gedirik, ermənilər ərazilərimizi yerlə yeksan edib. Ağdama gedəndə gözlərimə inana bilmədim. Düşmən Ağdamı viran qoyub".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.