Yaqublunun Muxtarlısı: biri orada, biri burada, ikisi də yalanda
Bir neçə gündür ki, tək regionun deyil, dünyanın diqqəti Bakıya dikilib. Dünyanın ən mötəbər idman yarışmasından biri - Avro-2020 çempionatının bir neçə oyununun Bakıda keçirilməsi qürurverici bir hal kimi hər birimizdə sevinc hissi doğurur. İllər əvvəl yatıb yuxumuza da girməzdi ki, belə bir möhtəşəm tədbirə Azərbaycan da ev sahibliyi edə bilər. Yəqin ki, milli təəssübkeşliyi olan normal insan bundan qürurlanmalı, fəxr etməlidir. Təəssüf hissi ilə qeyd etməliyik ki, özünü radikal müxalifət adlandıran kəsim bu dəyərdən məhrumdur və verdikləri açıqlamalar da bunu bir daha təsdiq edir. Konkret olaraq söhbət bir vaxtlar Müsavat Partiyasından biabırcasına qovulan və AXCP sədri Əli Kərimliyə sığınan Tofiq Yaqublu və ona bənzərlərdən gedir. Bu və buna bənzər insanların gözünü nifrət, kin-küdurət o qədər tutub ki, hətta ən ülvi hesab olunan məsələlərdə belə milli təssübkeşlik nümayiş etdirə bilmirlər.
İdman yarışı ilə yanaşı, iki gün əvvəl Azərbaycanın işğaldan azad edilən Şuşada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və prezident İlham Əliyev arasında imzalanan Şuşa Bəyannaməsinə olan münasibəti götürək. Həmin bu ünsür jurnalistin üzdəniraq bir nəşrin səfərlə bağlı sualına görün necə reaksiya verir. Yaqublu məsələnin mahiyyətini bir kənara qoyub Türkiyə və Azərbaycan liderlərini iyrənc formada ittiham etməyə başlayır. Bu zavallı heç olmasa arada bir erməni mediasına nəzərə salsa yaxşı olar. Hətta orada belə ən ağır günlərdə, strateji məsələlərdə külüngü bir yerə vurduqlarını görə bilərik. Məsələn, konkret Rusiya ilə bağlı. Rusiyaya nirfət bəsləsələr də, bir erməni siyasi xadim onun əleyhinə bəyanat və fikir səsləndirmir. T. Yaqubluya deyən lazımdır ki, ay sapı özümüzdən olan balta sən kimsən axı millətə mənəviyyat və siyasi əxlaq dərsi keçirsən.
Bu gün artıq tam əmilkiklə demək olar ki, bu və buna bənzərlər erməni lobbisi və onun təsiri altında olan Qərb mediasına xidmət edir. Hüquq müdafiə təşkilatları və muzdlu yazarlarla birləşib Azərbaycana qarşı məqsədli kampaniya həyata keçirməyə başlayıblar. Məqsəd ölkəmizin diqqətini Ermənistanın iddialarının dəf edilməsi, işğaldan azad olunmuş ərazilırin bərpası, ərazi bütövlüyünün bərpa edilməsi faktının daha da möhkəmləndirilməsi, perspektiv addımların planlaşdırılması və həyata keçirilməsi istiqamətində reallaşdırılan siyasətdən yayındırmaqdır. Lakin Yaqublu və ona bənzər Əfqan Muxtarlı, Sevinc Osmanqızı, Qənimət Zahid kimiləri anlamalıdırlar ki, onların istədiyi Azərbaycanı ancaq yatıb yuxularında görə bilərlər.
Azərbaycan xalqı kimin kim olduğunu çox gözəl anlayır və nəticə çıxarır. 44 günlük Qarabağ Zəfəri bunun əyani sübutudur. Məhz həmin günlərdə dünya xalq-hakimiyyət birliyinin əyani şahidi oldu. Təəssüf ki, özlərini "müxalifət" adlandıran ünsürlər hələ də bu gerçəkliyi anlamaq istəmirlər.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...





