Şuşa Bəyannaməsi tarixə nümunəvi bir sənəd kimi düşəcək - Türk Şurasının Baş katibi
Şuşa Bəyannaməsi tarixə nümunəvi bir sənəd kimi düşəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amrayev Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı yaydığı bəyanatda deyib.
Baş katib Türk dünyasının qədim mədəniyyət beşiyi Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasını alqışladığını qeyd edib: "Şuşa Bəyannaməsində bütün Türk dünyasında mövcud olan həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir çox mühüm maddə var. Bu baxımdan, Şuşa Bəyannaməsi türklük şüuru ilə Türk dövlətləri arasındakı hərtərəfli iş birliyinin daha yüksək səviyyələrə necə qalxdığını göstərən nümunəvi bir sənəd kimi tarixə düşəcək".
Baş katibin sözlərinə görə, bəyannamə yalnız iki ölkənin və xalqlarının mənafeyinə deyil, bütün Türk dünyasının mənafelərinə xidmət edəcək və bəyannamə təşkilat çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığın ardıcıllığının təsdiqidir.
Bağdad Amrayev vurğulayıb ki, Şuşa Bəyannaməsi regional sülh, sabitlik və rifah üçün güclü çağırışdır: "Şuşa Bəyannaməsi bölgə ölkələrini bütün tərəflərin xeyrinə konkret layihələr vasitəsilə Cənubi Qafqazda yeni sülh və sabitlik bölgəsi yaratmağa dəvət edir. İnanıram ki, Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərini siyasi və hüquqi mexanizmlər vasitəsilə inkişaf etdirmək əzmi Türk Şurasına üzv olan və müşahidəçi dövlətlər arasında və bölgədə hərtərəfli əməkdaşlıq prosesini daha da gücləndirəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
XƏBƏR LENTİ
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti





