Siyasət

ABŞ və Rusiya prezidentləri Qarabağı müzakirə edəcək

15 İyun 2021 11:09
Baxış: 1 131

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüş zamanı Qarabağ məsələsini də müzakirə edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, prezidentlər Moskva və Vaşinqtonu maraqlandıran bütün mövzulara, o cümlədən həll olunmamış ikitərəfli məsələlərə, strateji sabitlik və regional münaqişələrə toxunacaq:

"Görüşün gündəliyində Yaxın Şərq, Suriya, Liviya, İran nüvə proqramı, Əfqanıstan tənzimləməsi, Qarabağ və Ukrayna məsələləri yer alır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.