Rəsmi Moskvadan Qarabağdakı minalanmış ərazilərlə bağlı çağırış
"Rusiya, Kəlbəcər rayonunda mina partlaması nəticəsində azərbaycanlı jurnalistlərin faciəvi şəkildə ölümü fonunda Qarabağda mina təmizlənməsi prosesini sürətləndirməyə çağırır. Moskva yaxın gələcəkdə üçtərəfli işçi qrupunun işini bərpa edəcəyini gözləyir".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə deyib.
"Rusiya tərəfi bu faciəyə ilk reaksiya verən dövlətlərdən biri olub. Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş jurnalistlərin doğmalarına və yaxınlarına Rusiyanın Bakıdakı səfirliyi tərəfindən dərin hüznlə başsağlığı verilib. Biz yaralananların hamısının tezliklə sağalmasını arzu edirik"- deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi problemi istənilən silahlı münaqişənin ən təhlükəli və çətin həll edilə bilən nəticələrindən biridir:
"Rusiya da Dağlıq Qarabağda və ona bitişik rayonlarda münaqişədən sonra minaların təmizlənməsi prosesinə mühüm, əhəmiyyətli töhfə verir. Ötən il noyabrın 23-dən etibarən Rusiyanın Sülhməramlı kontingentinin səyləri ilə 26 minə yaxın partlayıcı maddə aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənib. Faktiki olaraq 2 min bina və 650 kilometrlik yol yoxlanılıb.
Bakı və Yerevanla yüksək və müntəzəm təmaslar zamanı Moskva minalanmış ərazilər haqqında məlumat mübadiləsi də daxil olmaqla, minalardan təmizlənmə məsələlərinin qurulmasına çağırır. Yeri gəlmişkən, bu mövzu mayın ilk ongünlüyündə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevana və Bakıya səfəri zamanı da müzakirə olundu".
Zaxarova əlavə edib ki, Moskva humanitar ölçüyə malik olan bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də verilən bəyanatlarına ciddi şəkildə uyğun həll olunması, bunun maksimum operativ və heç bir ilkin şərt irəli sürülmədən həyata keçirilməsi üçün ardıcıl çıxış edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi





