Siyasət

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

29 Aprel 2010 17:02
Baxış: 301
Konfransın təşkilatçıları Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyidir.

Rusiya Fəlsəfə Cəmiyyəti Rəyasət heyətinin üzvü, fəlsəfə elmləri namizədi Ariz Gözəlov bildirib ki, konfransda aktual məsələlərin, o cümlədən mədəniyyətlərin birliyi və müxtəlifliyi, Şərq və Qərbin dünya mədəniyyəti prosesində rolu, qlobal təfəkkür tərzinin formalaşması, müasir dövrün qlobal problemləri və sabit inkişaf mədəniyyətinin formalaşması, mədəniyyətləarası əlaqələrin etik dəyəri məsələlərinin və iki ölkənin elmi ictimaiyyəti arasında dialoqun genişlənməsi ilə bağlı digər mövzuların müzakirəsi nəzərdə tutulub.

Forumda Azərbaycan və Rusiya alimləri məruzələrlə çıxış edəcək, diskussiyalar aparacaq. Konfransın materialları toplu şəklində nəşr olunacaq.

/AzərTAc/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.