Siyasət

Zəngəzur məsələsində Azərbaycanın maraqları nəzərə alınmalıdır - Amerikalı ekspert - ÖZƏL AÇIQLAMA

22 May 2021 00:30
Baxış: 2 291

"Zəngəzurla bağlı vəziyyəti mümkün qədər gündəmdə saxlamaqla regionda uzun müddət sülhü bərqərar etmək və üçtərəfli bəyanat daxilində qəbul edillən sərhədlərin çəkilməsi Rusiyanın maraqlarına uyğundur".

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Rusiya kommunikasiyalar məsələsində protektoratı olan Ermənistanın mövqeyini dəstəkləyə bilər:

"Moskva dəhlizin yenidən açılması prosesini öz şərtləri xaricində sürətləndirməkdə çətinlik çəkəcək. Bununla da konsaltinq "xidmətləri" də eyni zamanda onun maraqlarına xidmət edəcək, protektoratı olan Ermənistan üçün ən əlverişli mövqe nədirsə onu dəstəkləyəcək, yaxud da daha çox mübahisələrə və məsələyə yenidən baxılması üçün məsləhətləşmələr təklif edəcək.

Mühüm ticarət yolu olması nəzərdə tutulan bu strateji əhəmiyyətli dəhlizin açılmasından Rusiya öz maraqları çərçivəsində faydalanarsa, regiondakı təhlükəsizlik və iqtisadi vəziyyəti nəzarətdə saxlamağına kömək edəcək ki, bu da Azərbaycanın planlarına kölgə salacaqdır. 

Bu səbəbdən Rusiya regionda barışığın tək qarantı və ya Zəngəzurun statusu ilə bağlı tək bir məsləhətləşmə mənbəyi olaraq qalmamalı, digər ölkələrin (Azərbaycan) maraqlarını da tarazlaşdıran tərəflərdən biri olmalıdır. 

Bu yaxınlarda Ermənistanda Azərbaycanın Qərbini Naxçıvana birləşdirən dəhlizin açılması ilə bağlı müzakirəsi etirazla qarşılandı. Rusiya vasitəçi kimi prosesə qoşulmaq üçün Ermənistanın maraqlarını müdafiə edərsə, bu, rəsmi İrəvana heç də xeyir verəcək anlamına gəlməməlidir".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.