Düşmən orda oynamasın: yoxsa, məhv ediləcək
10 noyabr bəyanatının əsas maddələrindən biri kimi Azərbaycanla Naxçıvanı quru yolla birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsi getdikcə daha da aktuallaşır. Ermənistanın kapitulyasiya aktı kimi qəbul edilən üçtərəfli bəyanatın bəndləri açıqlanarkən hər kəsi Azərbaycan tərəfinin Zəngəzur dəhlizi məsələsini sənədə xüsusi bir maddə kimi daxil etdirməsi təəccübləndirdisə, çoxları da rəsmi Bakının bu dəhlizi açdıra bilməyəcəyini iddia etməyə başladı. Lakin Azərbaycan Prezidentinin Naxçıvan səfərində yenidən bu məsələni xüsusi qabartması və verdiyi mesajlar rəsmi Bakının qərarında nə qədər qəti olduğunu bir daha göstərdi. Dövlət başçısının Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə də tanış olması isə təsadüfü bir səfər deyildi. Onun Ordubad dəmir yolu stansiyasına başçəkməsinin böyük rəmzi mənası var idi. Çünki Zəngəzur dəhlizinin həyata keçirilməsində bu stansiyanın müstəsna rolu olacaq.
Prezidentin Azərbaycan Televiziyasına müsahibəsi zamanı" Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır" ifadəsi düşmənin canına növbəti dəfə birə saldı. Son zamanlar dövlət başçısının hər çıxışı Ermənistanda revanşist qüvvələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Prezident İlham Əliyevin Naxçıvan səfəri zamanı Zəngəzur dəlizi ilə bağlı ortaya qoyduğu növbəti kəskin mövqedən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan narahtlığının əks olunduğu belə bəyanat yaydı: "Azərbaycan üçün Ermənistanın ərazisindən keçən heç bir dəhliz yoxdur və bu heç müzakirə belə olunmayacaq". Nəzərə alsaq ki, 10 noyabr bəyanatının vasitəçi tərəfi Rusiyadır və orada Vladimir Putinin də imzası var, o zaman Ermənistan tərəfindən gələn bu açıqlamanı Kremlə qarşı növbəti hörmətsizlik və revanş hisslərindən əl çəkmədiklərinin nümayişindən başqa bir şey deyil.

Lakin dövlət başçısı Naxçıvan səfəri zamanı Ermənistana 10 noyabr bəyanatlarının icrasını ləngitmək məqsədilə növbəti təxribtlara əl atacaqları təqdirdə daha ağır bir durumla üz-üzə qalacaqları mesajını yolladı: "Əgər Ermənistan Azərbaycana qarşı təxribat edərsə, onları heç kim müdafiə edə bilməyəcək, biz yenə də onları məğlub edəcəyik". Prezidentin müharibədən sonra müxtəlif açılışlara qatılarkən və bölgələrə səfərləri zamanı hər müsahibəsində Ermənistana Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təkliflərinə müsbət cavab vermələri üçün etdiyi çağırışları regionun daha təhlükəsiz və perespektivlərə söykənən inkişaf planına uyğun olsa da düşmən cəbhəsində bunu istəməyən qüvvələrin mövcudluğu Azərbaycanı yolundan döndərə bilməyəcək. İlham Əliyev bu müsahibələr vasitəsi ilə nəyinki Ermənistandakı revanşist qüvvələrə, elə onların havadarlarına da mesajlar göndərməyi lazım bilir və edir.
Prezidentin Naxçıvana səfəri zamanı da müxtəlif dövlətlərə gərəkli mesajlar verildi. Dövlət başçısı bir daha təkrarladı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi artıq yoxdur. Münaqişə öz həllini tapıb və bu məsələyə qayıtmaq doğru deyil. Eyni zamanda dövlət başçısı qeyd etdi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın 10 noyabr tarixində qəbul etdiyi bəyanat münaqişənin həlliylə bağlı sənəddir. Prezidentin Rusiya XİN rəhbərinin Bakıya səfərinə saatlar qalmış bu bəyanatları səsləndirməsi isə rəsmi Bakının Sergey Lavrovla statusu müzakirə etməyəcəyinin elanı idi.

Prezident müsahibəsi zamanı "Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik" açıqlaması isə Nikol Paşinyanın seçkiqabağı mövqeyini xeyli gücləndirə bilər. Çünki hər kəsə bəllidir ki, vaxı ilə Ermənistanın dəmiryollarını Rusiyaya hazırda Paşinyanın əsas rəqibi olan keçmiş preizdent Robert Köçəryan satıb. Odur ki, Azərbaycan dövlət başçısı Köçəryana qarşı mübarizədə Paşinyanın əlini gücləndirəcək vacib arqument meydana qoydu. Eyni zamanda bu açıqlama erməni əhalisi arasında Rusiyaya aqressiyani da artira bilər.
Prezidentin müsahibə zamanı Naxçıvanın nəyin bahasına olursa olsun blokadadan çıxışına qəti inam nümayiş etdirməsi Ermənistanda bəzi qüvvələrin yuxusunu bundan sonra qarışdıracağı qətidir. Dövlət başçısı Naxçıvana bu səfəri ilə Zəngəzur dəhlizinin Naxçıvanın inkişafında yeni mərhələ açacağını göstərdi.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)





