Xankəndidə son vəziyyət: ermənilər acdır, ya bölgəni tərk edəcək, ya da...
Ermənistan mediası Xankəndidəki ermənilərin yaşadığı vəziyyətdən yazıb. Müharibədən sonra ilk dəfə problemlərin bu qədər açıq qeyd olunması baxımından maraqlıdır, xüsusilə danışan ermənilərin adlarının gizli saxlanılması da diqqət çəkir.
İşğal dövründə Şuşada yaşamış G. olaraq qeyd olunan erməni danışır: "Dostumla "Şuşa rəhbərliyinin" yerləşdiyi binanın yanından keçirdik, növbənin olduğunu gördük. Nəsə verdiklərini düşündük deyə dayandıq. Gördüm ki, İrəvandan bir sponsor gəldi, çörək və cüzi yemək paylayırdılar, amma növbədə yalnız "Şuşa administrasiyasının" işçiləri dayanmışdı. Bizə növbədə dayanmağa icazə vermədilər".
Milli.Az publika.az-a istinadən xəbər verir ki, M.J olaraq qeyd olunan tibb işçisi Xankəndidə qohumunun evində yaşayır: "Şuşa rəhbərliyinin" yerləşdiyi binanın qarşısında bir qadın ağlayırdı. Dedi ki, "mənə yatmağa yer verin, küçədə qalmışam". Hadrut "rəhbərliyi" tərəfindən qovulduğunu bildirirdi. Ermənistanda bu haqda eşitməyəcəksiniz, sanki biz Los Ancelesdə yaşayırıq. Əslində bura anarxiyadır. Yardım yalnız tanışlara verilir. İnsanlar mağazalarda yaşayırlar. Kirayə verilən evlər bahadır. "Rəhbərlik" kirayə üçün 50.000 dram verir, ev sahibləri isə qiymətləri qaldırırlar. Heç nə inşa olunmur, sadəcə kəndlərdə uçmuş evləri bərpa edir, şəhərdə isə evləri ölən insanların yaxınlarına verirlər. Bina tikmək əvəzinə kirayə pulu verirlər. Baş verənləri göstərəcək televiziya, media yoxdur".
K.L olaraq qeyd olunan erməni qadın danışır: "Xahiş edirəm, adımı çəkməyin, əks təqdirdə işdən qovula bilərəm. Bu qorxu Stepanakertdə (Xankəndi) çox aktualdır. Geri qayıtdıq, qohumumuzun mağazasında yaşayırıq, 7 nəfərik. Bu mağazada qalmağımız üçün 70.000 dram ödəyirik, amma bizə "rəhbərlik" 50.000 dram verir. Odun yoxdur, soyuq sudan istifadə edirik. Soyuducu yoxdur, yemək tapmaqda çətinlik çəkirik, tapdığımız ərzaq da kifayət etmir. İnsanlar zirzəmilərdə yaşayır. İllərdir bizi soyurdular, indi də "qaçqınların" hesabına varlanırlar. "Qızıl Xaç" ayda üç dəfə düyü, qarabaşaq, mərcimək, "tushonka" verirdi, amma indi Ermənistanda yaşadığımızdan şübhələrək vermirlər".
Xankəndidə olan erməni siyasi fəal Artur Ospiyan separatçı rejimin rəhbərliyinin pul qazandığını deyir.
"Qaçqınlar" qocalar evləri və otellərə yerləşdirilib. Otel sahiblərinə kirayə haqqı "büdcədən" ödənilir. Halbuki, bu otellərin sahibləri "rəhbərliyin" özüdür. Yəni ödədikləri pullar da başqa yolnan yenidən ciblərinə qayıdır. Misal üçün, "qaçqınlar" əsasən Araik Arutyunyanın "Yerevan", keçmiş "maliyyə naziri" Spartak Tevosyanın "Kaştan" otelində yerləşdirilib", - Osipyan deyir.
Qarabağdakı erməni əhalinin vəziyyəti pisləşdikcə, iki seçimdən birini seçmələri sürətlənə bilər: ya bölgəni tərk etmək, ya da normal həyat üçün Azərbaycanın idarəçiliyi altında yaşamaq...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz





