"Ermənilər Qarabağı əbədi itirdilər" - Minasyanın dostu yazır
"Artıq hamımız etiraf etməliyik ki, Qarabağ bütünlüklə Azərbaycanındır. Doğrudur, çox az sayda rayon hələ Bakının nəzarətində deyil. Lakin bununla özümüzə ürək-dirək verməyə dəyməz. Hər şeyi itirdik. Əbədi".
Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan Telegram kanalında dostunun məktubunu dərc edib.
Məktubu olduğu kimi təqdim edirik:
"Qayıdandan sonra sənə zəng etmək istəyirdim, lakin oranın ab-havasını danışanda və ya çatda yazışanda çatdıra bilməyəcəyimi düşünüb yazmaq qərarına gəldim.
Dərhal deyim - təəssüratlar çox ağırdır. Orada hələ müharibəyədək adi ermənilərin Rusiyaya dua etdiklərinə alışmışdım. Amma indi, Qarabağa yollananda düşününrdüm ki, onlara nikbin nə deyə bilərəm. Düşündüm ki, "müharibəni uduzduq, amma yanınızda ruslar var" söyləsəm dərdlərini azaldaram.
Lənətə gəlsin, alınmadı.
Ən pisi odur ki, havada murdar leş kimi qoxuyan nigaranlıq hissi var. Nigaranlıq, xof və ümidsizlik məlumatlı adamların məsləhətlərindən başlanedı. Onlar məni məcbur etdilər ki, Texdən ta Stepanakertə (Xankəndi, - O.H.) yolda yalnız blokpostlarda dayanacam, maşından düşməyəcəm. Onu da dedilər ki, Şuşanın girişində azərbaycanlıların postunun yanından keçəcəyəm.

Qarabağda bütün söhbətlər, danışıqlar ruh düşkünlüyü, ümidsizlik, köməksizlik, acizlik qoxuyur.
Əslən Şuşadan olan əsgər dostum tərzis olunandan üç ay sonra yenidən hərbi xidmətlə bağlı 3 illik müqavilə bağladı. Dediyinə görə, Qarabağda iş yoxdur, hərbi qulluq isə nə də olsa, stabil maaşdır.
Qarabağdakı hərbçilər deyirlər ki, xidmət əslində bitib.
Kazarmalarda sadəcə, vaxt öldürürlər. Hərbi tapşırıqlar yoxdur, təlimlər keçirilmir. Zabitləri eynən məktəblilər kimi gündə bir neçə dəfə düzür, onların yerində olduqlarına və kimsənin hərbi hissədən qaçmadağına əmin olmaq istəyirlər. Dayaq postlarının hamısında azərbaycanlılardır. Bu səbəbdən yeni, daha geridə postlar qurulur. Qurulur deyəndə ki, belə də - görüntü naminə.
Kazarmalarda artıq tər və corab iyi yoxdur: olan ayaqqabı kremi və dezinfeksiya vasitələrinin, xlorun qoxusudur.
Qarabağlı ermənilərin iqtisadiyyatının nəbzi artıq dayanmaq ərəfəsindədir. 20 kilometrlik Laçın dəhlizində qarşıma yalnız 20-30 maşın çıxdı. Şimal-Cənub trası boyunca da belədir. Sanki italyan idman maşının reklamı idi: yadındadırdı, dağdakı dolanbac yolla gedirsən, yolda yalnız sənsən.
Vəng kəndindəki oteldə yeganə mühtəri idim. Ən populyarlar istisna olmaqla, restoranlarda menyu vermirlər. Ərzağı adətən, sifarişi qəbul edəndən sonra alırlar.

Qarabağda ermənilərin əksəriyyəti ayda 68 min dram (131 dollar - O.H.) məbləğində maaş alırlar və çoxu da bundan razıdır. Hərbçilərdə olduğu kimi, 300 min dramlıq maaş burada arzu, xülya sayılır. Rəsmi qurumlardan savayı iş yeri prinsip etibarilə yoxdur. Pulsuz ev, mənzil və ya yardım vədlərinə inanan çox azdır. Səbəb də qarabağlı ermənilərin belə məsələlərdə oğurluq, qohumbazlıq, rühvətxorluq və s.-yə alışmalarıdır.
Adlar da çəkirlər.
Hamı siyasətdən danışır. Mövzudan yayınmaq istəyəndə yenə siyasətə qayıdırlar.
Nikol Paşinyanı söyürlər. Biz yerevanlıları çox ahəstə şəkildə suçlayırlar ki, onu hakimiyyətə gətirdik və sonra qova bilmədik. Araik Arutyunyan barədə susurlar.
Ya mənimlə, yad biri ilə müzakirə etmək istəmirlər, ya da başqa məsələdir.
Rusiyalı sülhməramlılara ümid edirlər. Çoxlu, tam ağlasığmaz, fantastik şayiələr dolaşır. Biri deyir yaxın vaxtlarda qarabağlı ermənilərə Rusiya pasportları paylanacaq, o biri söyləyir Qarabağda rusların hərbi bazası olacaq, bir başqası söyləyir Vladimir Putin Moskvada gizlicə Araik Arutyunyanla görüşüb...
Əsas odur ki, danışanlar özləri bu absurda inanırlar. Həmişə olduğu kimi, hansısa "hami"nin, "dayı"nın bütün problemləri çözəcəyinə ümid edirlər. Yəni onlar üçün, amma onların bilavasitə iştirakı olmadan.
Qısa yazam, məndə belə təəssürat yarandı ki, Qarabağı birdəfəlik itirmişik. Yerli ermənilər isə özlərini nigaran, müdafiəsiz, ya qovulmaq, ya da Azərbaycan cəmiyyətinə assimilyasiya olmaq perspektivi ilə hiss edirlər.

Azərbaycanlılar belə vəziyyətdən maksimum nəticə əldə edə bilirlər. Bakıda da belə olub, Gəncədə də.
Belə davam edərsə, Qarabağdan da bizi tam çıxaracaqlar. Ya da elə Ermənistanın özündən də.
Geriyə baxanda anlayıram ki, "nikolizm" məni dəyişib. 2018-ci ildə ehtimal edirdim, amma düşünmürdüm ki, müharibə olacaq.
2020-ci ilin iyulunda anladım ki, müharibə olacaq. Amma ağlıma da gəlməzdi ki, darmadağın olacağıq. Müharibədə dərk etdim ki, məğlub olacağıq, amma düşünmürdüm ki, kapitulyasiya edəcəyik.
Şuşa barədə bizə yalanlar danışanda anlayırdım ki, uduzuruq - amma ağlıma da gəlməzdi ki, nizamlanma ilə Nikol Paşinyan məşğul olacaq.
İndi hər şeyin ola biləcəyini istisna etmirəm.
Bu, sondur..."
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Dənizdən yığıb yola asfalt çəkdilər
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım





