Media azadlığı ictimai nəzarətin ən səmərəli mexanizmidir - Aydın Quliyev
Media azadlığı ictimai nəzarətin ən səmərəli mexanizmi olduğu üçün hərtərəfli inkişaf proseslərində maraqlı olan ölkələr buna daimi prioritetlərdən biri kimi baxır.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, media institutunun təkmilləşdirilməsi Azərbaycan dövlətçiliyinin də mühüm elementlərindən birinə çevrilib: "1993-cü ildən başlayaraq bu günə kimi tək-tək illər ola bilər ki, medianın qanunvericilik və ya praktik mənalarda təkmilləşdirilməsi naminə hansısa yenilik edilməsin. Azərbaycanda media institutu daimi yenilənmə və dəyişmə prosesindədir. Media institutunun çevikliyi Azərbaycanda dövlət və ictimai səviyyədə buna hədsiz həssas yanaşıldığının nəticəsidir.
İctimai nəzarətin ən səmərəli üsulu olaraq media azadlığının gücləndirilməsinə doğru Azərbaycanda böyük yol keçilib. Media azadlığı yolunda Axərbaycanın əldə etdiyi nəricələr barədə istənilən səviyyədə arqumentli müzakirələr açmaq olar.
Təəssüf ki, azad media prinsipini özbaşına yozaraq bunu mütləq sərbəstlik və məsuliyyətsizlik kimi başa düşənlərə hələ də rast gəlinir. Azad və peşəkar media jurnalist məsuliyyətsizliyi və missiyasız jurnalistika ilə ortaq mənafelərə malik ola bilməz".
Baş redaktor deyib ki, azad medianın mühüm əlamətlərindən biri də məqsədyönlü təhrif, yalan və böhtanlardan uzaq olmaqdır ki, bu sahədə Azərbaycanda problemlər var: "Azad media atmosferində peşəkar və maarifçi jurnalistika ilə yüksək jurnalist avtoriteti arasında möhkəm bağlılıq var. Bütün fəaliyyətini yersiz sensasiyalar yaratmağa yönəldən böhtançılara və populist yalançılara azad media mühitində yer yoxdur, azad media şəraitində şər- böhtançılıq üslubu heç kimə qibtə doğuran peşə avtoriteti qazandıra bilməz.
Jurnalistin və jurnalistikanın nüfuzunun bir-biri ilə ayrılmaz şəkildə bağlılığı azad medianın Azərbaycan modelində özünü doğrultmuş təzahürlərdən biridir. Azərbaycan cəmiyyəti yaxşı başa düşür ki, özünün şəxsi peşə nüfuzu olmayanlar jurnalistika peşəsinin nüfuzuna əlavə nüfuz qata bilməz. Mediada qeyri peşəkarlar və gündəlik mənafeləri öndə görənlər bir qayda olaraq Azərbaycanın əleyhinə işləyən dairələrin təsirinə daha çox düşürlər. Obyektiv jurnalist missiyasına sadiqlik, dövlət və ictimai mənafelərə bağlılıq Azərbaycanın azad media inkişafı yollarında mühüm nəticələrə yetişməsində həlledici rol oynayıb".
Ekspert deyib ki, daimi islahatlarla daha kamil media modellərinə doğru irəliləyiş Azərbaycanın hazırkı mərhələdə xarakterik xüsusiyyətlərindən biridir: "Azərbaycan jurnalist peşəkarlığının, jurnalist məsuliyyətinin və mediada idarəçilik- struktur islahatlarının bir arada aparılmasında ən yaxşı nəticələr əldə edə bilən azsaylı ölkələrdən biridir.
Hazırda media idarəçiliyi və azad media inkişafı yolunda mühüm nəticələrdən biri daha geniş səlahiyyətlərə malik Medianın İnkişaf Agentliyinin yaradılmasıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
-
Gömrükdə yeni qayda: Bəzi malların bəyan edilməsi sadələşdirilir - (Video)
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Ucarda narkotik yetişdirən şəxs saxlanıldı
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)
-
Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək





