Siyasət

Dövlət büdcəsindən 10 siyasi partiyaya vəsait ayrılıb - SİYAHI

29 Aprel 2021 12:45
Baxış: 847

Dövlət büdcəsindən siyasi partiyalara vəsait ayrılıb.

Maliyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2021-ci ilin II rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib.

Vəsaitin ayrılması "Siyasi partiyalar haqqında" Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.