"Zəngəzur dəhlizinin açılması üçün hazırki vəziyyətdə bir fürsət yarandığını görmürəm".
Bunu Milli.Az-a açıqlamasında rusiyalı politoloq Stas Pritçin deyib.
O bildirib ki, revanş hisslərindən əl çəkilməlidir:
"10 noyabr bəyanatı bu fürsəti beş ay ərzində yaratsa da indiki mühit bunu icra etmək üçün əlverişli deyil. Kommunikasiyaların açılması üçün öncə ermənilər və azərbaycanlılar bir-birlərinə düşmən kimi baxmağı dayandırmalıdırlar. Bu olmadan heç bir kommunikasiya xəttindən, əməkdaşlıqdan danışmaq mümkün deyil".
Təhməz Əsədov
Milli.Az