Siyasət

Dövlət başçısının Hacıqabulda istifadəyə verdiyi müəssisələr uğurlu iqtisadiyyatın göstəricisidir - Deputat

21 Aprel 2021 19:26
Baxış: 666

Prezident İlham Əliyevin Hacıqabulda istifadəyə verdiyi müəssisələr uğurlu iqtisadiyyatın göstəricisidir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, müharibə aparmış ölkələrdə müharibədən sonra yenidən iqtisadi güc yığmaq üçün müəyyən zamana ehtiyac duyulur. Çünki müharibə böyük xərclər deməkdir. Prezident İlham Əliyevin apardığı düşünülmüş iqtisadi siyasət Azərbaycana 44 günlük Vətən müharibəsində qələbə qazandırdı və torpaqlarını işğaldan azad etdikdən dərhal sonra həmin ərazilərin geniş şəkildə yenidənqurma-bərpa işlərinə başlanmasına imkan verdi. Bütün bunlar, həmçinin ölkəmizdə geniş şəkildə icra olunan mərhələli Regionların Sosial İqtisadi Dövlət Proqramınının davam etdirilməsinə zəmin yaradır.

Deputat bildirib ki, 20 apreldə Prezidentin Hacıqabula səfəri çərçivəsində açılışları həyata keçirilən müəssisələr və infrastruktur layihələri qeyd edilən dövlət proqramının uğurlu davamının göstəricisidir:

"Hacıqabulda açılışı edlmiş Sənaye Məhəlləsi ölkəmizin sənayeləşməsi prosesini sürətləndirən regionlarda açılan sənaye məhəllələrinin davamıdır. Burada bütün infrastruktur dövlət vəsaiti ilə icra olunub. Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarlara bütün infrastruktur şəraiti yaradılır, müəyyən güzəştlər verilir. Məhz sənaye məhəlləsində açılışı edilmiş 5 müəssisə yeni çeşidli sənaye məhsullarının istehsalına və ölkədə bu məhsullara olan təlabatın ödənilməsinə, o cümlədən qeyri-neft sənayesi ixracımızının artmasına imkan yaradacaq.

2020-ci ildə dünya iqtisadiyyatı kəskin azalmalara doğru getdiyi halda, Azərbaycanda qeyri-neft iqtisadiyyatının 4%, o cümlədən qeyri-neft sənayesinin 11,7% artmasına ölkəmizdə yaradılan yeni sənye sahələrin verdiyi töhfə səbəb olub. Hacıqabulda yaradılmış sənaye məhəlləsi həm də Hacıqabul sakinləri üçün yeni iş yerləri deməkdir. Ümumiyyətlə, bu rayonda yaradılmış Sənaye Məhəlləsi və Aqroparklar Hacıqabul rayonunun iqtisadiyyatının güclənməsinə xidmət edəcəkdir".

Deputatın fikrincə, aqroparklardan danışarkən qeyd etmək istəyirəm ki, bu aqrar müəssisələrin rentabellyi və məhsuldarlığı ənənəvi təsərrüfatlardan dəfələrlə çoxdur:

"Məsələn, ənənəvi təsərrüfatlarda taxıl istehsalı 20-30 sentner olduğu halda, aqroparklarda və fermər təsərrüfatlarında məhsuldarlıq 60 sentnerə, pambıq istehsalı isə 33,6 sentnerə çatdıra biliblər. Digər kənd təsərrüfatı məhsulların da istehsalının məhsuldarlığı bu təsərrüfatlarda ənənəvi təsərrüfatlardan çox olması ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayacaq.

20 apreldə açılışı olmuş "Aqro Dairy" və "Azərsun Şamaxı Aqropark"ında intensiv üsullarala bitkiçilik məhsullarının əkilməsi və cins mal-qaranın saxlanılması ölkədə həm bitkiçilik məhsullarına, o cümlədən ət və süd məhsullarına olan tələbatını ödəməklə yanaşı, ölkəmizi bu çəşidli malların idxalından azad edəcəkdir. Ümumiyyətlə, Azərbaycanın 31 rayonunda 51-dən çox Aqropark və İri Fermer Təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur ki, bunlardan artıq 42-si fəaliyyətə başlayıb.

Aqropark və fermer təsərrüfatlarının yaradılmasına dövlət büdcəsindən 2 milyard manat vəsait xərclənib ki, bu da aqrar sektorumuzun müasir standartlarla inkişaf etdirməyimizə imkan verib. Bu gün dünyada ən narahatedici məsələ ölkələrin ərzaq təhlükəsizliyi problemidir. Bir çox ölkə ərzaq çatışmazlığı ilə üzləşib. Ölkəmizdə dövlət dəstəyi ilə aparılan uğurlu aqrar siyasət sayəsində kənd təsərrüfatı məhsullarına olan təlabat demək olar ki, ödənilməkdədir və bəzi çeşidli məhsulların ixracı da həyata keçirilir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, ölkəmizin qeyri-neft sektorunun sürətli inkişafını təmin edən Sənaye Parkları, Sənaye Məhəllələri və aqroparklar Azərbaycanın qeyri-neft iqtisadiyyatını gücləndirir, müasir şəraitli iş yerlərinin yaradılması ilə yanaşı, insanların sosial rifahının yaxşlaşmasına xidmət edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.