Qarabağda da sənaye parklarının yaradılmasının şahidi olacağıq - Komitə sədri
Hacıqabul sənaye məhəlləsinin açılışı deməyə əsas verir ki, hörmətli Prezidentimizin bildirdiyi kimi Qarabağda da belə vacib və əhəmiyyətli müəssisələrin, parkların yaradılmasının, istifadəyə verilməsinin tez bir zamanda şahidi olacağıq.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hacıqabul rayonuna səfəri və sənaye məhəlləsinin açılışında iştirakı, kənd təsərrüfatı sahələrində işlərin gedişi ilə maraqlanması Hacıqabul - Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi bir daha göstərir ki, regionlar sürətlə inkişaf etməkdədir.
"Regionların sosial - iqtisadi inkişafına dair" Dövlət Proqramlarının uğurla həyata keçirilməsi yeni tələblər qarşıya qoyur və regionların iqtisadi - sosial həyatında əsaslı dəyişikliklər yaratmağı zərurətə çevirir:
"Yerlərdə imkan və şəraitin olması, regionlarda işıq, su, yol, qaz problemlərinin demək olar ki, aradan qaldırılması bu gün əvvəlki illərdən fərqli olaraq daha mütərəqqi, əhatəli tədbirlərin yerinə yetirilməsini, sənaye parklarının, məhəllələrinin, aqroparkların, emal və sənaye müəssisələrinin meydana gəlməsini şərtləndirir.
Hacıqabul sənaye məhəlləsinin istifadəyə verilməsi də bu baxımdan xarakterikdir və günün reallıqlarını özündə əks etdirir.
Azərbaycan Prezidenti qeyd etdi ki, Hacıqabulda həm sənaye, həm də kənd təsərrüfatı müasir üsulla inkişaf edir. Dövlət başçısı həm də fərəhlə və qətiyyətlə bildirdi ki, Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələlərin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları işlə təmin edək, həm də ki, bu zonanın potensialından maksimum istifadə edək".
T.Rzayevin fikrincə, göründüyü kimi Azərbaycan rəhbəri belə müasir tipli belə parkları, məhəllələri istifadəyə verməklə əsas diqqəti iqtisadiyyatın inkişafına, ilk növbədə insanların maddi - rifah halının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına, regionlarda həyatın canlanmasına yönəldir:
"Qəbul olunmuş qanunların, qərarların, layihə və proqramların icrası da məhz buna - xalqa, vətənə xidmətə istiqamətləndirilir.
Hacıqabul sənaye məhəlləsinin açılışı deməyə əsas verir ki, hörmətli Prezidentimizin bildirdiyi kimi Qarabağda da belə vacib və əhəmiyyətli müəssisələrin, parkların yaradılmasının, istifadəyə verilməsinin tez bir zamanda şahidi olacağıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib (Foto)
-
Azərbaycan və Peru ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər - Xarici İşlər Nazirliyi
XƏBƏR LENTİ
-
Moskvada tibb mərkəzində soyuducudan 5 insan başı tapıldı
-
Abşeronda reyd: 122 motoxuliqan saxlanıldı
-
Simonyan məhkəmədə Köçəryana qalib gəldi
-
Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı
-
Rusiyanın itkiləri yeniləndi
-
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
-
Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq
-
Şəkidə evdən 18 yaşlı gəncin meyiti aşkarlandı
-
Nəsimidə oğurluq edən iki nəfər saxlanıldı
-
“Səbail” heyətini sabiq futbolçusu ilə gücləndirdi
-
Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?
-
İnsan neçə dəqiqəyə yuxuya getməlidir?
-
Müğənni Devid Kleyton-Tomas 85 yaşında vəfat edib
-
Bakıda imtahan balı ailəni bir-birinə qatdı
-
Məhkəmə AZTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verib
-
“Yaprak Dökümü”nün ulduzları yeni filmdə bir araya gəlir
-
“Volkswagen” 100 min nəfəri işdən çıxarmağa hazırlaşır
-
Azərbaycanda güclü külək gözlənilir - Xəbərdarlıq verildi
-
Kanadada yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb
-
Sabah Bakıda arabir yağış və güclü külək olacaq - Proqnoz
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrində nikah statistikasını açıqlayıb
-
Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik edib - (Foto)
-
Mats Qrotenbreq 28 yaşında həyatını itirdi





