Siyasət

Prezident İlham Əliyev Koreya Milli Assambleyasının üzvünü qəbul edib

28 Aprel 2010 17:22
Baxış: 180
Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlət başçısı Koreyanın Milli Assambleyasının üzvü Sanq Dikin Azərbaycana səfərinin uğurlu keçəcəyinə və əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın Koreya ilə bundan sonra da fəal iqtisadi əlaqələr qurmasında maraqlı olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən müxtəlif layihələrdə Koreya şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib.

Koreyanın Milli Assambleyasının üzvü Sanq Dik Azərbaycanda son illər əldə edilən yüksək iqtisadi inkişafın ölkəsində maraqla izlənildiyini deyib. Qonaq Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəal iştirak etmək niyyətində olduğunu qeyd edib və əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulayıb.
 
/AzərTAc/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.