Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi - ŞƏRH
Tarixi həqiqətdir ki, Azərbaycan heç zaman indiki kimi güclü və müstəqil olmayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və gərgin əməyi nəticəsində rəşadətli Azərbaycan ordusu uzun illər işğalda qalan torpaqlarımızı azad etdi. Çox sevindirici haldır ki, bu gün Azərbaycan təkcə döyüş meydanında deyil, bütün cəbhələrdə düşməni üstələyir, ona acı məğlubiyyət yaşadır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
C.Məmmədov bildirib ki, ermənilər İrəvan, Zəngəzur və Qarabağda xalqımıza məxsus bütün dini abidələri, ziyarətgah və məscidlərimizi, eləcə də, qəbirstanlıqlarımızı dağıdıblar:
"Sərgilədikləri bu əməllər Ermənistanın fəaliyyətində artıq davamlı hal alıb. Bütün bunlar göstərir ki, Azərbaycan xalqına məxsus tarixi abidələrimizi, ziyarətgah və məscidlərimizi, məzarlıqlarımızı dağıtmaq Ermənistanın vandalizm siyasətinin tərkib hissəsidir. Bu torpaqlarda yerləşən yüzlərlə əhəmiyyətli abidələri ermənilər yerlə yeksan ediblər. Bütün bunlar bir daha sübut edir ki, vəhşilik və vandalizm, islamafobiya Ermənistanın həyata keçirdiyi siyasətdə prioritet yer tutur.
Biz Ermənistanın həyata keçirdiyi dövlət siyasətində davamlı olaraq Azərbaycan Respublikasına məxsus tarixi abidələrin adlarının dəyişdirilməsi, tanınmış Azərbaycan ziyalılarının, azərbaycanlı şair və yazıçıların ev muzeylərinin dağıdılması kimi vəhşiliklərin şahidi oluruq. Bu cür vəhşiliklər törətmək Ermənistan üçün artıq xarakterik və davamlı hal alıb. Onların bu cür hərəkətlərinin sayı yüzlərlə, hətta minlərlədir.
Bununla bağlı onu da qeyd etmək lazımdır ki, zaman-zaman Ermənistan vətəndaşları, hüquq müdafiəçiləri, eləcə də ayrı-ayrı tərəfdarları ermənilərin sərgilədikləri bu hərəkətlərlə bağlı videolar, şəkillər və məlumatlar paylaşırlar. Biz komissiya yaradaraq Ermənistan ərazisindəki tarixi abidələrimizə baxış keçirsək, görərik ki, burada ermənilər daha çox dağıntı törədib, talanlar edib və Azərbaycana məxsus tarixi abidələrə qarşı vəhşicəsinə davranıblar. Bu, yuxarıda qeyd etdiyim fikirləri bir daha təsdiq edir".
Deputat vurğulayıb ki, Azərbayacandan fərqli olaraq bu gün Ermənistan monoetnik dövlətdir və bu ölkədə yaşayan digər dinlərin nümayəndələri davamlı təzyiqlə üzləşirlər:
"Dağlıq Qarabağda eləcə də, Ermənistanda Azərbaycan xalqına məxsus bütün dini abidələr dağıdılıb. Səmavi dinlərə görə sinaqoq, kilsə, məscid Allahın evi və müqəddəs yer sayılır. Ermənistan siyasi hakimiyyəti üçün isə heç bir dəyər və müqəddəslik anlayışı yoxdur. Məscidlərdə donuz, inək saxlanılması, bir qisminin dağıdılması bu vəhşiliyin əyani və bariz sübutudur.
Əvvəlki illərdən mətbuatda ermənilərin Ağdam məscidində heyvan saxladığı barədə saytlarda, sosial şəbəkələrdə şəkillər videolar yayılmışdı. Bu günlərdə isə ermənilərin Qubadlıda Məmər kəndində, Füzulinin Alxanlı kəndində qədim məsciddə donuz saxladıqları barədə yeni kadrlar televiziyada nümayiş olundu. Bu, yuxarıda qeyd etdiyimiz fikirləri bir daha təsdiq edir.
Dünya ictimaiyyətinin ermənilərin törətdikləri hərəkətlərə biganə qalması onların yeni cinayətlər törətməsinə şərait yaradır. Məhz bu səbəbdən ermənilər həmin hərəkətlərini bu gün də davam etdirirlər. Əlbəttə, bu yolverilməzdir və beynəlxalq hüquqa, HAAQA Konvensiyasına və beynəlxalq konvensiyalara tamamilə ziddir".
C.Məmmədov əlavə edib ki, Ermənistandan fərqli olaraq müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri qədim dövrlərdən Azərbaycanda sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar:
"Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, uğurla və böyük uzaqgörənliklə davam etdirilən siyasət nəticəsində bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən və ən tolerant ölkələrindən birinə çevrilib. Bu həqiqət dünya birliyi tərəfindən də etiraf və təqdir olunur.
Bütün bunlarla yanaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da uzun illərdir ölkəmizdə dini ibadət ocaqlarının inşası, təmir və bərpası istiqamətində ardıcıl, məqsədyönlü və təqdirəlayiq layihələr həyata keçirir.
Bu gün Azərbaycanda bütün ibadət ocaqları, o cümlədən Bakının mərkəzində yerləşən erməni kilsəsi, içərisində olan 5 min ədəbiyyatla birgə dövlət tərəfindən qorunur. Həmçinin Bakıda 3 pravoslav, 1 katolik kilsəsi, 2 sinaqoq fəaliyyət göstərir. Onların da hər biri dövlət tərəfindən qorunur və himayə olunur.
Bu bir daha Azərbaycanın multikultural ölkə olduğunu göstərir. Azərbaycanın bu uğuru beynəlxalq qurumlar, dünyanın tanınmış nüfuzlu dini liderləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bütün yaşayış məntəqələrimiz, inanc yerlərimiz, məbəd, kilsə və məscidlərimizin hamısı təmir və bərpa olunacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi





