Siyasət

"Araik Arutyunyan Şuşaya gedib" - ermənilər isterikadadır

12 Aprel 2021 13:36
Baxış: 11 418

Ermənistanın sosial mediasında qalmaqallı xəbərləri ilə tanınan Qaqik Soqomonyan adlı bloger yeni sensasion məlumat yayıb.

Soqomonyan Qarabağ terrorçularının rəhbəri Araik Arutunyanın aprelin 9-u axşam saat 22:00-23:00 aralığında Şuşa şəhərinə gəldiyini yazıb.

O, Arutunyanın Şuşada Azərbaycan Ordusunun yüksək çinli zabitləri ilə danışıqlar apardığını qeyd edib. Danışıqlar zamanı sülhməramlı missiyanın nəzarət etdiyi Xocalı şəhərinə azərbaycanlı məcburi köçkünlərin 2022-ci ildə dönüşü müzakirə olunub. Əvəzində Azərbaycanda saxlanılan erməni diversantların İrəvana təhvil verilməsi barədə fikir mübadiləsi aparılıb.

Qaqik Soqomonyan Ermənistan rəsmilərindən bu məlumata rekasiya verməyi tələb edib.

Sosial şəbəkələrdə feyk profil olan və Ermənistanın baş naziri Nikol Paşinyanın haqqında kompromot tipli məlumatlar yaymasından sonra məşhurlaşan "Qaqik Soqomonyan" 4 nəfərin idarə etdiyi profildir.

Araik Arutyunyanın Şuşaya səfəri ilə bağlı "məlumat"ın özü də feykdir, saxtadır və reallıqla heç bir əlaqəsi yoxdur.

Sadəcə olaraq, Ermənistan müxalifəti anlayır ki, Xocalı ilə bahəm, hazırda Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin nəzarətində olan ərazilərin Azərbaycanın mərkəzi hakimiyyətinin kontroluna keçəcəyi günə çox qalmayıb.

"Soqomonyan" da bu minvalla erməniləri qarşıdan gələn "dəyişikliklər"ə hazırlayır və eyni zamanda Ermənistan müxalifətinin, daha doğrusu, sabiq prezident Robert Köçəryanın sifarişini yerinə yetirir.

Xankəndidəki terrorçu xuntanın rəhbəri Araik Arutyunyanın birmənalı olaraq baş nazir Nikol Paşinyanın kreaturası, Paşinyanın idarə etdiyi adam olduğu sirr deyil.

Arutyunyan barədə belə məlumat yaymaqla "Soqomonyan" profili həm Arutyunyanı ermənilərin nəzərində "türklərə satılmış xəyanətkar" kimi qələmə verir, həm də Paşinyan hakimiyyətinin etibarsız və "erməni xalqına qarşı olduğunu" göstərməyə çalışıb.

Gerçək isə budur ki, A.Arutyunyan Şuşada olmayıb, ola da bilməz.

Ermənistanda isə ermənilər isterikadadır: eynən qarabağlı ermənilər təki.

Sosial şəbəkələrdə sürətlə yayılan "Arutyunyan Şuşada olub" xəbəri onlarda şok effekti yaradıb.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.