Beynəlxalq hüquq ictimaiyyətinin diqqəti Ermənistanın hərbi cinayətlərinə cəlb olunub
Dövlət başçısı cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Azərbaycan 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir və rəhbərliyində təmsil olunur.
Aprelin 8-də Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Avropa, Asiya, Yaxın Şərq, Amerika və Afrika qitələrindən olan bir sıra dövlətlərin, BMT-nin və digər beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi iclasda beynəlxalq antikorrupsiya tədbirləri, qurumun gələcək fəaliyyəti və digər təşkilati məsələlər müzakirə olunub.
Tədbirin əvvəlində qurumun vitse-prezidenti, ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək yaradılmasının 15 illiyi qeyd olunan Assosiasiyanın qlobal antikorrupsiya mübarizəsində mühüm rolunu, beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayıb.
Nazir Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı aparılan qəti mübarizə, ölkəmizin səmərəli beynəlxalq əməkdaşlığı barədə məlumat verərək, yaxşı təcrübələrin bölüşülməsinin əhəmiyyətini qeyd edib, IAACA-nın inkişafına, qlobal pandemiya ilə əlaqədar onlayn və ya hibrid platformalarından fəal istifadə etməklə, tədris tədbirlərinin və vebinarların təşkilinə dair təkliflər irəli sürüb.
Çıxışda Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğu, təcavüzkar düşmənin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq dinc şəhərlərimizi qəsdən raket atəşinə tutaraq uşaqlar və qadınlar daxil olmaqla 100-ə yaxın mülki vətəndaşın həlak olması ilə nəticələnən müharibə cinayətləri barədə məlumat verilib. Eyni zamanda, Ermənistan tərəfinin xarici muzdlu döyüşçüləri cəlb etməsi, humanitar yardım adı altında münaqişə zonasına qanunsuz silah-sursat göndərməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. İşğal dövründə həmin ərazilərin qeyri-qanuni iqtisadi fəaliyyət, terrorçuluq, narkotrafik və digər cinayət əməlləri üçün istifadə olunduğu vurğulanıb.
İclasda azad edilmiş torpaqlarımızın ermənilər tərəfindən büsbütün dağıdıldığı, maddi və mədəni sərvətlərin məhv və ya talan edildiyi qeyd olunaraq mülki vətəndaşların ölümünə səbəb olan minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsinin beynəlxalq hüquqa zidd olmaqla Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərin təzahürü olduğu bildirilib.
Qeyd olunub ki, törədilmiş cinayətlərin ölkəmizdə araşdırılması ilə bağlı bir çox xarici, o cümlədən iclasda təmsil olunan dövlətlərdə zəruri istintaq hərəkətlərinin aparılmasına dair nazirlik tərəfindən 50-dən artıq sorğu göndərilib.
Tədbirdə IAACA-nın fəaliyyətinin səmərəliliyinin artırılması, keçiriləcək mühüm tədbirlər, o cümlədən BMT Baş Assambleyasının xüsusi sessiyasının tarixində ilk dəfə korrupsiyaya qarşı mübarizəyə həsr olunması barədə məlumat verilib və həmin tədbirdə IAACA-nın iştirakı ilə bağlı və s. əhəmiyyətli məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz





