Səbinə Əliyevadan Beynəlxalq Mina Xəbərdarlığı günü ilə əlaqədar müraciət - VİDEO
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar video-müraciət edib.
Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə deyilir:
"Birləşmiş Millətlər Təşkilatı 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan etmişdir.
Minalar və müharibənin partlayıcı qalıqlarının təhlükəsizlik, mülki şəxslərin sağlamlığı və həyatı üçün ciddi təhdid yaratdığı ölkələrdə minalar əleyhinə əməliyyatlarla bağlı bacarıqlar yaratmaq məqsədi ilə dövlətlər öz səylərini BMT və digər əlaqədar təşkilatlarla birgə davam etdirirlər.
İnsan Hüquqları üzrə Müvəkkil kimi, mən bu gün Azərbaycanın mülki şəxslərinin və hərbi qulluqçularının işğal müddəti ərzində Ermənistanın ölkəmizin ərazilərinə basdırdığı işarələnməmiş minalar səbəbindən həyat və sağlamlıqları üçün ciddi bir təhlükə ilə üzləşmələrindən öz dərin narahatlığımı bildirirəm. Ermənistanın dəfələrlə minalanmış ərazilərin xəritələrini açıqlamağa çağırılmasına baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bu ölkə tərəfindən bu sahədə əməkdaşlıq istəyi heç vaxt nümayiş etdirilməyib.
10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoydu. İndi isə azad edilmiş torpaqlarda hər kəs üçün təhlükəsiz və dinc bir mühitin təmin edilməsinin vaxtı çatıb və Azərbaycan bu sahədə nəzərəçarpacaq və qətiyyətli səylər göstərir. Ancaq bir milyona yaxın məcburi köçkün hələ də bu geniş ərazilərdə basdırılmış minalar səbəbindən öz yurdlarına qayıda bilmir.
Azad edilmiş torpaqlarda baş vermiş mina partlayışları nəticəsində 12-si mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı həlak olub, eyni zamanda 17-si mülki şəxs olmaqla 85 vətəndaş ağır yaralanıb. Minaların yaşayış yerlərinin, xüsusən çayların, yol kəsişmələrinin və qəbiristanlıqların yaxınlığında basdırılması öz növbəsində 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və I Əlavə Protokolun kobud şəkildə pozulmasıdır.
Biz hələ də Ermənistan dövlətinin minaların zərərsizləşdirilməsinə dair öz üzərinə düşən vəzifələrini qeyd-şərtsiz yerinə yetirməsini və bölgədə davamlı sülh, insan hüquqlarına hörmət etməsi üçün səy göstərməsini gözləyirik.
İşarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, bütün müvafiq beynəlxalq təşkilatları Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və bu sahədə müvafiq addımlar atmağa çağırırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
-
Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
XƏBƏR LENTİ
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı
-
Efiopiyada ağır qəza: 28 nəfər öldü
-
16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı
-
Bacısını qətlə yetirən şəxs cəzadan azad edildi
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO





