Siyasət

Aruşanyandan ETİRAF: "GPS sistemi göstərdi ki, bura Azərbaycanın ərazisidir"

21 Mart 2021 23:31
Baxış: 2 407

Zəngəzur bölgəsində sərhədlərin dəqiqləşdirilməsi prosesinin gedişi ilə bağlı növbəti açıqlama yayılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Gorus şəhərinin meri Aruş Aruşanyan bunları söyləyib: "Hazırda sərhədin delimitasiyası qismən başa çatıb, biz prosesin 100 faiz yekunlaşdığını deyə bilmərik".

Onun sözlərinə görə, işin gedişində cari problemlər ortaya çıxır, yenə də hansısa danışıqlar aparılır, həmin ərazinin sahibinin hansı tərəf olması müəyyənləşdirilir. Mer Azərbaycanın Xndzoresk (tarixi Xınzirək kəndi-M.) kəndi tərəfə bir neçə metr irəliləməsi iddiası ilə bağlı etdiyi müraciəti də xatırladıb.

"Bəli, belə fakt var. GPS sistemi yenə göstərdi ki, bura onların ərazisidir və onlar irəli gəliblər",- Aruşanyan etiraf edib.

Gorus meri hakimiyyətdən şikayətlənib. Onun sözlərinə görə, səlahiyyət sahibləri nə baş verdiyinə aydınlıq gətirmir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.