Siyasət

Əli Əsədov Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib - FOTO

17 Mart 2021 17:41
Baxış: 585

Martın 17-də Baş nazir Əli Əsədov Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetindən Milli.Az-a bildirilib ki, görüş zamanı Türkiyə ilə Azərbaycan arasında bitkiçilik, heyvandarlıq, aqrar sığorta sahəsində təcrübə mübadiləsi, aqrar sahədə təhsil, suyun idarə olunması, ətraf mühitin qorunması və inkişafı, yaşıl enerji və işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.