Siyasət
Prezident İlham Əliyev FHN tərəfindən gətirilən torpaqsoran qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirib - FOTO
24 Yanvar 2012 18:58
Baxış: 1 257
AzərTAc xəbər verir ki, Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün dövlət başçısının Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Niderland Krallığının "Damen" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğuları, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmiləri, tədqiqat kateri Bakıya gətirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də gətirilən qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
Prezident İlham Əliyev torpaqsoran qurğular, yedək və təchizat gəmiləri, tədqiqat kateri ilə tanış olmaq üçün Yaxt Kluba gəldi. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov gətirilmiş qurğular, gəmilər və kater barədə Prezident İlham Əliyevə məruzə etdi. Bildirildi ki, Niderland Krallığının "Damen" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğular su səthindən 14 metr dərinliyə qədər məsafədə dibdərinləşdirmə işlərini yerinə yetirir.
Dövlətimizin başçısı torpaqsoran qurğunun kapitan körpüsü ilə tanış oldu. Qurğunun ən müasir naviqasiya avadanlığı ilə təchiz olunduğu bildirildi. Torpaqsoran qurğuların istehsal prosesindən və dibdərinləşdirmə tədbirləri zamanı tətbiqindən bəhs edən film göstərildi. Üç nəfər heyətdən ibarət, ümumi uzunluğu 49,10 metr olan qurğunun suvurma nasoslarının gücü saatda 4 min kubmetrdir. Çay məcralarında süxurun tərkibindən asılı olaraq dibdərinləşdirmə işləri zamanı qurğunun istehsal gücü də dəyişir. Bu qurğular əsasən lil, qum və bərk süxurları soraraq boru kəməri ilə uzaq məsafələrə vurulmasını təmin edir. Qurğunun qazıma nöqtəsindən boru kəməri ilə birbaşa uzağa vurmaq məsafəsi 1500 metrdir. Bütövlükdə əlavə ötürücü stansiyalar quraşdırmaqla nasosların vurma məsafəsi maksimum 5 kilometrə qədər çatdırıla bilər. İstifadə olunan üzən boru kəmərləri Rusiyada kompozit materialdan hazırlanmışdır. Quruda istifadə olunacaq borular isə Sumqayıtdakı "AZENCO" ASC tərəfindən istehsal edilmişdir.
Yedək və təchizat gəmilərinin göstəriciləri barədə də dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, Türkiyə Respublikasının Tuzla şəhərində istehsal edilmiş yedək və təchizat gəmilərindən biri 1200, digər ikisi isə 900 at gücünə malikdirlər (YQ-1, YQ-2, YQ-3). Bu gəmilər torpaqsoran qurğuları müvafiq məsafələrə yedəkdə apararaq təchizat işlərini təmin edəcəkdir. Göyərtəsindəki 10 ton yükqaldırma qabiliyyətinə malik teleskopik kran müxtəlif növ təchizat və köməkçi işləri yerinə yetirmək imkanına malikdir.
Tədqiqat kateri (TK-1) də Türkiyənin Tuzla şəhərində istehsal edilmişdir. Bu kater dibdərinləşdirmə tədbirlərində tələb olunan tədqiqat işlərinin yerinə yetirilməsini təmin edəcəkdir.
Qeyd olundu ki, göstərilən işlərin həyata keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin nəzdində Dibdərinləşdirmə İşləri İdarəsinin yaradılması nəzərdə tutulmuşdur. İdarənin fəaliyyətini təmin etmək üçün müvafiq nəqliyyat-texniki vasitələr alınacaqdır. Bu məqsədlə dünyada daşqınların qarşısının alınması və dibdərinləşdirmə tədbirlərinin həyata keçirilməsində aparıcı ölkə olan Niderland Krallığının "Deltares" və "Royal Haskoning" institutları ilə müvafiq məsləhətləşmələr aparılır. Gəmilərin fəaliyyətinin təmin edilməsi üçün əsas bazanın Neftçala, köməkçi bazaların isə Salyan və Sabirabad şəhərlərində yerləri seçilmiş, "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən müvafiq layihə hazırlanmışdır. Layihəyə uyğun olaraq körpü, anbarlar, təmir sexləri və inzibati binalar inşa olunacaqdır.
Dibdərinləşdirmə işlərinin dəqiq həyata keçirilməsi üçün Neftçala, Salyan və Sabirabad rayonları əhatə olunmaqla bütün Kür çayı boyunca batimetriya işləri artıq başa çatdırılmışdır. Bu tədbirlərin Neftçala, Salyan və Sabirabad rayonlarında planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Tələb olunan işləri görmək üçün hər rayonda bir torpaqsoran qurğu, bir yedək-təchizat və bir kiçik yedək gəmisi işləyəcəkdir. Müasir avadanlıqlarla təchiz edilmiş tədqiqat kateri isə hər üç rayonun ərazisində batimetriya işlərini həyata keçirəcəkdir.
Çayın dibindən sorularaq çıxarılan su-qrunt qarışığı, suyun üzərində qalma qabiliyyətli kompozit materialdan hazırlanmış borular, quru ərazidə isə polietilen borular ilə durulducu hovuzlara töküləcək, sonra isə müvafiq istiqamətdə çaya axıdılacaq, qrunt isə texnika vasitəsilə kənara daşınacaqdır. Durulducu hovuzların layihə işləri başa çatdırılmışdır və yaxın vaxtlarda icrasına başlanılacaqdır. Ümumi sahəsi 202 hektar olan durulducu hovuzların ikisi Neftçalada, dördü Salyanda, üçü isə Sabirabadda inşa ediləcəkdir. Neftçala, Salyan, Sabirabad rayonlarının ərazilərində 1,3 milyon kubmetr qruntun çıxarılması nəzərdə tutulur.
Gətirilmiş qurğular, gəmilər və katerlə yaxından tanış olan Prezident İlham Əliyev sonda torpaqsoran qurğunun işləmə prosesini də izlədi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

Foto: AzərTAc

DİGƏR XƏBƏRLƏR
-
"Dünya dağılıb, heç nə işləmir"
-
Netanyahu etiraf etdi: Düzgün qiymətləndirməyib
-
Ora yaxınlaşanı məhv edəcəyik - Tramp
-
"İranda küçələrə adımı verirlər, mənə “Bibi can” deyirlər"
-
Tramp Çinə gedir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb - VİDEO
XƏBƏR LENTİ
-
Şəmkirdə ağır QƏZA: Ölən var
-
"Sabah" - "Neftçi" oyunu bu tarixdə olacaq
-
Polis avtomat və tüfənglər aşkarladı
-
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qoruyan qız yaralandı
-
Azərbaycan millisi Avropa Kubokunu 9 medalla başa vurdu
-
Rusiyanın itkiləri yeniləndi
-
Türkiyədə hantavirus həyəcanı: 3 nəfər nəzarətə götürüldü
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
61 yaşlı kişi iş yerində qəfil öldü
-
Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
İki yaşlı uşaq faciəli şəkildə ÖLDÜ
-
Aİ Suriyaya tətbiq olunan məhdudiyyətləri ləğv etdi
-
3 gün dayanmadan yağış yağacaq - Bu tarixlərdə
-
43 ildir buna görə evlənmirlər
-
Paytaxtda marketdən elektron siqaretlər oğurlayan şəxs tutuldu
-
Suriya WUF13-də iştirak edəcək
-
Oğlu ilə FOTOsunu paylaşdı
-
Azərbaycanda komanda meydana 2 qapıçı ilə çıxdı
-
"Dünya dağılıb, heç nə işləmir"
-
Markus Reşford karyerasında ilki yaşadı
-
Sabah çox isti olacaq
-
Evin pəncərəsini silmək canından etdi
-
2 yaşlı uşaq faciəvi şəkildə öldü
-
Polis əməliyyatlar keçirdi: 83 nəfər SAXLANILDI