Siyasət

Media və QHT rəhbərləri, blogerlər Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar - VİDEO - FOTO

13 Mart 2021 13:36
Baxış: 862

Bu gün Media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Milli.Az-ın xəbərinə görə, səfər çərçivəsində nümayəndələr Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar. Tank əleyhinə minanın zərərsizləşdirilmə prosesini millət vəkilləri, jurnalistlər və QHT nümayəndələri seyr ediblər. Ağdama səfər edən Media rəhbərləri və sosial media aktivistləri hazırda Ağdamın Qərvənd kəndi ərazisindədirlər.

Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media aktivisti təmsil olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.