Siyasət

Türkiyəli deputat: “Baxçalının təşəbbüsü ilə Şuşada məktəb tikintisini səbirsizliklə gözləyirik”

10 Mart 2021 18:59
Baxış: 678

MHP sədri Dövlət Baxçalının Türk Dünyasının mədəniyyət paytaxtı Şuşada məktəb tikintisi ilə bağlı təşəbbüsünün gerçəkləşməsini səbirsizliklə gözləyirik.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, MHP Kayseri millət vəkili İsmail Özdemir deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri iki dövlətin münasibətlərindən fərqlənir. Millət vəkili əlavə edib ki, bu, bir qardaşlıq münasibətidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.