Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb
Kolumbiyanın ən aparıcı KİV-lərindən olan "El Pais" qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovla müsahibə əsasında "Azərbaycan və Kolumbiya əlaqələrini gücləndirir" başlıqlı yazı dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, yazıda 26 fevral tarixində Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş və 600-dən çox mülki insanın həyatına amansızcasına son qoymuş Xocalı soyqırımının 29-cu ildönümünü yad etdiyi bildirilir.
Qeyd olunur ki, 30 ilə yaxın bir müddətdən sonra Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etməyə nail olmuş və bu nəticə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla rəsmiləşib.
Yazıda səfirə istinadən işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən tamamilə dağıdıldığı və Xirosima şəhərinin atom bombardmanından sonrakı durumunu xatırlatdığı, bu ərazilərdə Azərbaycana aid tarixi-mədəni irsin, eləcə də bütün yaşayış infrastrukturunun məhv edildiyi və hazırda Azərbaycan tərəfindən burada bərpa işlərinə başlanıldığı deyilir.
Təmsilçimizin sözlərinə istinadən, Kolumbiyanın Latın Amerikası regionunda Azərbaycanın ənənəvi tərəfdaşlarından biri olduğu, hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyət göstərdiyi bildirilir və ölkəmiz üçün olduqca vacib önəm daşıyan münaqişə məsələsində Kolumbiyanın tutduğu ədalətli mövqeyə görə minnətdarlıq ifadə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı





