Ermənistanı Qazaxın işğal olunmuş kəndləri barədə yeni şayiələr bürüdü - "Ruslar gəlib, amma hansı məqsədlə bilinmir" - FOTO
Ötən gün Ermənistanı Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal edilmiş kəndlərinin Azərbaycana qaytarılmasına hazırlıq getdiyi barədə yeni şaiyələr bürüyüb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu şaiyələrə keçmiş baş nazir Qrant Baqratyan rəvac verib. O, özünün Facebook səhifəsində Azərbaycan hərbçilərinin "elə indi, bu saatlarda" Bərxudarlı kəndinin (işğal edilmiş kəndlərdən biri) yaxınlığında, Azatamut kəndi ətrafında ölçmə işləri apardıqlarını yazıb.
"Artıq sakinlərə yaxınlaşıblar və çox "nəzakətlə" deyiblər: öz evlərinizi və çardaqlarınızı çayın o tərəfinə keçirin", - Baqratyan bildirib.
Ermənistan Müdafiə Nazirliyi çox keçmədən bu məlumatı təkzib edib, bildirib ki, Azərbaycanla sərhədin Tavuş vilayətindən keçən hissəsində heç nə baş vermir, heç kim ölçmə işləri aparmır və sərhəd adi rejimdə qorunur.
Lakin daha sonra Azatamut kəndinin icma rəhbəri Artur Beqinyan bildirib ki, Rusiya sülhməramlıları həqiqətən kəndə gəliblər. "Mənə bu haqda hərbçilər dedilər, amma hansı məqsədlə gəliblər, heç kim bilmir. Mən şəxsən görməmişəm, biri deyir hərbi hissəyə gəliblər, digəri deyir gəldilər və sərhədə tərəf getdilər. Müxtəlif şaiyələr gəzir, amma rəsmi heç nə yoxdur. Deyirlər ki, Rusiya sülhməramlıları bir neçə "pikap"larda gəlmişdilər və Noyemberyana tərəf getdilər. Azərbaycanlılar isə gəlməyiblər, öz bayraqlarını yerləşdirməyiblər, belə şey yoxdur", - Beqinyan belə deyib.
Şaiyələr isə bununla da bitməyib, sosial şəbəkələrin erməni seqmentində və telegram-kanallarda daha sonra Azərbaycan qoşunlarının Tavuş vilayəti istiqamətində cəmləşdiyi, atəş səsləri eşidildiyi haqda xəbərlər yayılıb.
Ermənistan Müdafiə Nazirliyi növbəti bəyanatla çıxış etməli olub və bildirib ki, Azərbaycanın Tavuş istiqamətində, İcevan və Şəmsəddin tərəfdə böyük qüvvə, o cümlədən ağır hərbi texnika cəmləşdirdiyi, Ermənistan ordusunun 3-cü korpusunda həyacan siqnalı verildiyi haqda yayılanlar "dezinformasiyadır".
Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Qazax rayonunun 7 kəndi-Sofulu, Bərxudarlı, Bağanıs Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub. 10 noyabr üçtərəfli razılaşmasından sonra həmin kəndlərin də Azərbaycana qaytarılacağı haqda söz-söhbətlər dolaşmağa başlayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək





