Siyasət

"Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək" - Çavuşoğlu

6 Mart 2021 13:51
Baxış: 569

Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana səfəri zamanı, türkmənistanlı həmkarı Rəşid Meredovla görüşündən sonra deyib.

O bildirib ki, hazırda görüşün təşkili ilə bağlı məsələlər müzakirə olunur:

"Bu görüşdə vacib razılaşmalar imzalanacaq. Ölkələr arasında münasibətlərin hüquqi bazası möhkəmləndiriləcək".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.